Ombudsmanın Cəlilabad Regional Mərkəzi, Cəlilabad rayon Gənclər və İdman İdarəsi, Lerik rayon Heydər Əliyev Mərkəzi və Yardımlı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçıllğı ilə 09 iyun 2020-ci il tarixində, 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş "Əbədiyaşar lider - HEYDƏR ƏLİYEV" mövzusunda videokonfrans keçirilib.
Videokonfransda Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, idarənin rəis müavini Vüqar Cavadov, idarə əməkdaşları Elmar İbadlı, Xalid Hüseynov, Lerik rayon Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov, Mərkəzin əməkdaşları Səyyarə Əmirova, Samir Məhərrəmov, Yardımlı rayon Heydər Əliyev Mərkəzinin direktoru Aqil Əliyev, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov və baş məsləhətçi Xalid Şəmili iştirak edib.
Keçirilən videokonfransda Lerik rayon Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov bildirdi ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insandır – Ulu öndər Heydər Əliyev. Yardımlı rayon Heydər Əliyev Mərkəzinin direktoru Aqil Əliyev çıxış edərək, Ümummilli lider Heydər Əliyevin ölkəmizin tərəqqisi, dövlətçiliyin möhkəmlənməsi, azərbaycançılıq məfkurəsinin yaranması naminə atdığı mütərəqqi addımlar, müstəqil Azərbaycan Respublikasının banisi olaraq gördüyü misilsiz işlər barədə məlumat verib.
Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov Ulu öndərin müxtəlif dövrlərdə Azərbaycana rəhbərlik etməsinin müstəsna əhəmiyyəti, həyata keçirdiyi siyasət, idarəçilik prinsiplərinin milli ənənələrdən bəhrənləndiyindən və proqressiv təcrübəyə söykəndiyindən, milli-mənəvi dəyərlərimizin qorunmasında və respublikamızın davamlı inkişafına nail olunmasında əhəmiyyətli rol oynadığını bildirərək, Ulu öndərin fəaliyyəti barədə ətraflı məruzə edib. E.Hüseynov diqqətə çatdırıb ki, Azərbaycanın görkəmli oğlu böyük vətənpərvər Heydər Əliyev xalqın bu ağır günündə, şübhəsiz, kənardan baxa bilməzdi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. Bununla da daxili və xarici düşmənlərimizin bütün planları iflasa uğradı. Xilaskarlıq missiyasını öz üzərinə götürən bu nəhəng şəxsiyyət həyatını təhlükə altında qoyaraq Gəncəyə getdi. Hadisələrin daha faciəli nəticələrə gətirib çıxarmaması üçün öz ağsaqqal sözünü dedi.
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.
Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Z.İsmayılov videokonfransda çıxış edərək bildirib ki, Ümummilli liderin insan hüquqları sahəsinə verdiyi önəm, bu sahədə aparılan ardıcıl islahatlar, Ulu öndərin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikasının qəbul edilməsi, ali hüquqi qüvvəyə malik Konstitusiyamızın bir fəslinin bütövlükdə insan hüquq və azadlıqlarını ehtiva etməsi, insan hüquq və azadlıqlarının səmərəli təmin edilməsinin Azərbaycan dövlətinin ali məqsədi olması, 22 fevral 1998-ci il tarixində imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı və 18 iyun 1998-ci il tarixli “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamı, İnsan hüquqlarının müdafiəsinə dair bu ilk Dövlət Proqramında “İnsan hüquqları üzrə Azərbaycan Respublikasının səlahiyyətli müvəkkilli təsisatının yaradılması” və Təsisatın geniş fəaliyyəti, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkədə “İnsan Hüquqları Günü” kimi qeyd olunur. Z.İsmayılov Müvəkkilin təşəbbüsü ilə ənənəvi olaraq hər il ölkəmizdə keçirilən 18 may-18 iyun tarixlərində “İnsan Hüquqları Aylığı”nın keçirilməsi, mahiyyəti, əhəmiyyəti, Müvəkkilin fəaliyyəti və insan hüquqlarının effektiv müdafiəsi ilə bağlı mühüm müddəalar barədə geniş məlumat verib.

Kriteri.az

Daxil olundu: 11.06.2020 » Oxundu: 1097
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!