Ombudsmanın Cəlilabad Regional Mərkəzi, Salyan şəhər A. Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziya, Neftçala rayon M.Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziya, Lənkəran şəhər, O.Mirzəyev adına Qarışıq Tipli Uşaq Evi və Lənkəran şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın ilə birgə 15 iyun-Milli Qurtuluş Günü və 18 iyun-Milli İnsan Hüquqları Gününə həsr olunmuş "Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan Respublikasında insan hüquqları konsepsiyasının müəllifidir" mövzusunda maarifləndirici regional videokonfrans keçirib.
Videokonfransda Lənkəran şəhər, O.Mirzəyev adına Qarışıq Tipli Uşaq Evinin direktoru İradə Axundova, Salyan şəhər A. Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktor müavini Teymur İbadov, Neftçala rayon M.Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru Aytəkin Mahmudova, Lənkəran şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru Şərqiyyə Eminova, bu müəssisələrin psixoloq, uşaq birliyi rəhbərləri və digər əməkdaşları iştirak edib.
Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov qarşıdan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) xanım Səbinə Əliyevanın adından videokonfrans iştirakçılarını salamlayaraq, qarşıdan gələn 15 iyun-Milli Qurtuluş Günü və 18 iyun-Milli İnsan Hüquqları Günü ilə bağlı təbrik edib.
Videkonfransda Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Z.İsmayılov 1993-cü il iyunun 15-i tarixinin Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olduğunu bəyan edərək, bildirib ki, demokratik cəmiyyət və ya hüququn aliliyi dedikdə ilk növbədə insan hüquq və azadlıqlarının müdafiəsi göz önünə gəlir. İnsan hüquqları konsepsiyası müasir dünyamızın hər bir demokratik dövləti tərəfindən ən vacib, ən üstün prinsiplərdən sayılır. Müstəqil Azərbaycanımızda da, insan hüquq və azadlıqlarının təmin edilməsi, səmərəli müdafiəsi və daha da genişləndirilməsi dövlətin ən ali məqsədi elan edilib.
Bu ali məqsədin müəyyənləşdirilməsi, onun həyata keçirilmə mexanizmlərinin tapılması və reallaşdırılması, bu mühüm sahədə hüquqi bazanın yaradılması isə müstəqil dövlətimizin qurucusu, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda hakimiyyətə gəldikdən sonra ölkədə hüquqi dövlət quruculuğu sahəsində ardıcıl, sistemli və gələcəyə hesablanan islahatlara start verildi. Azərbaycanın bu gün dünyada müstəqil, hüquqi və demokratik dövlət kimi tanınmasında dahi şəxsiyyət Heydər Əliyevin müstəsna xidmətləri vardır. Şərqdə ilk dəfə olaraq, ölüm cəzasının Azərbaycanda ləğvi ölkəmizin dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu yolu ilə inamla irəlilədiyini, demokratik
prinsiplərin inkişafına xüsusi önəm verildiyini bir daha təsdiqləmişdir. Ölüm cəzasının ləğvi tarixi hadisə olmaqla bərabər, cinayət-hüquq siyasətinin humanistləşdirilməsi sahəsində atılan qətiyyətli addım olmuşdur. Bu, ümummilli lider Heydər Əliyevin humanist ideyalara sadiqliyini bir daha təsdiq edir. Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının tərəqqisində misilsiz xidmətlərindən biri, böyük əməyi məhz müstəqil Azərbaycanın ilk konstitusiyasının hazırlanması və qəbuludur. 1995-ci il noyabrın 12-də Ulu öndərin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikasının konstitusiyasının qəbul edilməsi, ali hüquqi qüvvəyə malik Konstitusiyamızın bir fəslinin bütövlükdə insan hüquq və azadlıqlarını ehtiva etməsi, insan hüquq və azadlıqlarının səmərəli təmin edilməsinin Azərbaycan dövlətinin ali məqsədi olması, ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi işində ümummilli lider Heydər Əliyevin 22 fevral 1998-ci il tarixində imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı və 18 iyun 1998-ci il tarixli “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamı, İnsan hüquqlarının müdafiəsinə dair bu ilk Dövlət Proqramında “İnsan hüquqları üzrə Azərbaycan Respublikasının səlahiyyətli müvəkkilli təsisatının yaradılması” və Təsisatın geniş fəaliyyəti, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkədə “İnsan Hüquqları Günü” kimi qeyd olunur. Ziya İsmayılov Müvəkkilin təşəbbüsü ilə ənənəvi olaraq hər il ölkəmizdə keçirilən 18 may-18 iyun tarixlərində “İnsan Hüquqları Aylığı”nın keçirilməsi, mahiyyəti, əhəmiyyəti, Müvəkkilin fəaliyyəti və insan hüquqlarının effektiv müdafiəsi ilə bağlı mühüm müddəalar barədə geniş məlumat verib.
Keçirilən videokonfransda Lənkəran şəhər, O.Mirzəyev adına Qarışıq Tipli Uşaq Evinin direktoru İradə Axundova, Salyan şəhər A. Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktor müavini Teymur İbadov, Neftçala rayon M.Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru Aytəkin Mahmudova, Lənkəran şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru Şərqiyyə Eminova ulu öndərin misilsiz xidmətləri barədə məlumat verərək bildirdilər ki, Müstəqillik tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günü ölkəmizdə böyük təntənə ilə qeyd edlir. Həmin gün Azərbaycan xalqı üçün unudulmaz tarixlərdən və şanlı bayramlardan biridir. İndiki nüfuzlu, güclü, müstəqil Azərbaycan dövləti məhz Milli Qurtuluş Günü sayəsində sayılıb - seçilən müasir dünya dövlətləri sırasına qoşulmuşdur. Həmin gündən başlayaraq, ümummilli lider Heydər Əliyev Azərbaycan xalqını, millətini və bütövlükdə, Vətənimizi düçar olduğu ağır bəlalardan, məhv olmaqdan qurtardı, müstəqil dövlətimizin sürətli inkişafı, beynəlxalq aləmə inteqrasiyası üçün bütün imkanlardan istifadə etdi. Torpağına, xalqına, Vətəninə sonsuz məhəbbətlə bağlı olan ulu öndər 1993-cü il iyunun 15-də Azərbaycan dövlətçiliyinin xilasının, bugünkü müstəqilliyimizin əsasını qoydu.
Ümummilli lider 1993-cü ildə xalqımızın birliyinə nail olmasaydı, bugünkü firavanlıqdan, əmin-amanlıqdan, sabitlikdən, inkişafdan, dövlətimizin dünya birliyində söz sahibinə çevrilməsindən danışmaq mümkün olmazdı. Müstəqil Azərbaycan dövlətinin xilası məhz Heydər Əliyevin adı ilə bağlıdır.
Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında, Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanmaq təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən Milli Məclisin qərarı ilə rəsmi bayram kimi qeyd olunur.
Videokonfransda Ulu öndər Heydər Əliyevin təhsil, səhiyyə, mədəniyyət və digər sahələrlə bağlı misilsiz xidmətləri barədə müzakirələr aparılaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ulu öndər haqqında söylədiyi
“Azərbaycan öz inkişaf yolunu Heydər Əliyevin simasında görürdü və müraciət edərək, onu dəvət etdi. Heydər Əliyevin o vaxt 70 yaşı var idi, ömrünün böyük hissəsi geridə qalmışdı. Ancaq xalq sevgisi, xalqa olan məhəbbət və böyük məsuliyyət hissi onu bu dəvəti qəbul etməyə sövq etdi. Beləliklə, müstəqil Azərbaycanın müstəqil həyatı başladı.” fikrilə yekunlaşıb.

Kriteri.az

Daxil olundu: 16.06.2020 » Oxundu: 790
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!