Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Gənc tədqiqatçılar üçün “Açıq elm” yay məktəbinin təşkili” layihəsi çərçivəsində 28-30 oktyabr tarixlərində “2024-cü ildə Türk Dünyasının Gənclər Paytaxtı” Lənkəran şəhərində təlim keçirilib.
Təlimdə ADPU-nun Gənc Alimlər və Tədqiqatçılar Şurasının sədri filologiya üzrə fəlsəfə doktoru İlkin Əsgərov, Tarix və coğrafiya fakültəsinin müəllimi Səbinə Sadıqova, Quba filialının əməkdaşları Yadulla Ələkbərov, Sərxan Cəfərov və doktorant Amid Əliyev də iştirak ediblər.
“Gənc tədqiqatçılar üçün “Açıq elm” yay məktəbinin açılışı zamanı Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Orucov və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin sektor müdiri Kənan Musayev çıxış edərək ölkədə həyata keçirilən davamlı gənclər siyasətindən və təlimin əhəmiyyətindən danışıblar.
İki gün davam edən təlim zamanı müxtəlif ali məktəbləri və institutları təmsil edən gənc tədqiqatçılar açıq elmi resurslara çıxış imkanları haqqında məlumatlandırılıb, elmi-tədqiqat bazalarından səmərəli istifadə metodları, indekslər və data bazalar, elmi məqalələrin hazırlanması metodları, İMRAD modeli və açıq təhsil resursları barədə informasiyaları əks etdirən təqdimatlarla tanış olublar. Bundan başqa layihə çərçivəsində təlim iştirakçılarının Lənkəran şəhərində yerləşən Tarix-diyarşünaslıq və Həzi Aslanovun ev muzeyinə ekskursiyaları da təşkil edilib.
Sonda gənc tədqiqatçılara Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti tərəfindən sertifikatlar təqdim edilib.

İlkin Əsgərov
ADPU-nun Gənc Alimlər və Tədqiqatçılar Şurasının sədri,
filologiya üzrə fəlsəfə doktoru

Daxil olundu: 28.11.2024 » Oxundu: 32
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!