Azərbaycan Ağır Atletika Federasiyasından Kriteri.az saytına bildiriblər ki, Polşanın Zamots şəhərində yaşı 20 və 23-dək olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi keçirilir. 35 ölkədən 383 atletin mübarizəyə qoşulduğu turnirdə Azərbaycan yığma komandasının üzvləri də iştirak edirlər.

Yığmamızın üzvü Məhəmməd Məmmədli yaşı 23-dək olan gənclərin 62 kiloqram çəki dərəcəsindəki mübarizəsində tarixi uğura imza atıb. Atletimiz birdən qaldırma hərəkətində 121 kiloqram çəkini ram edərək gümüş medala layiq görülüb. İdmançımız təkanla qaldırma hərəkətində isə 150 kiloqram çəkini qaldıraraq qızıl medal qazanıb.

M.Məmmədli toplam 271 kiloqram (121+150) nəticə ilə yekun sıralamada da Avropa birinciliyinin qalibi olub.

Kriteri.az

Daxil olundu: 21.10.2018 » Oxundu: 1492
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!