Tədbir iştirakçıları ilk öncə Ağstafa Rayon İcra Hakimiyyətinin və Ağstafa Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı, N saylı hərbi hissənin və Ağstafa rayon ictimaiyyətinin iştirakı ilə Heydər Əliyev Mərkəzinə Bayraqlarla yürüş etdilər. Heydər Əliyevin Mərkəzin önündə ucaldılmış abidəsi önünə gül dəstələri qoydular. Tədbir Ağstafa şəhər uşaq musiqi məktəbinin şagirdlərinin Dövlət Himni kompozisiyası ilə açıq elan edildi. Tədbir Ağstafa Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Ağstafa, Tovuz və Qazax rayonlarının mədəniyyət mərkəzlərinin, musiqi məktəblərinin kollektivlərinin iştirakı ilə bayram konserti ilə davam etdirildi.
Tədbirdə Ağstafa rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov, rayonun hüquq mühafizə orqanlarının və digər müəssisələrinin əməkdaşları iştirak edirdilər.

Xəyal Nağıyev
Ağstafa Regional Mədəniyyət İdarəsinin
KİV və sosial şəbəkələrlə iş üzrə məsul əməkdaşı

Daxil olundu: 14.11.2019 » Oxundu: 1170
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!