Ağstafa Regional Mədəniyyət İdarəsi sosial izolyasioya qaydalarının tətbiq olunduğu karantin günlərində əhalinin səmərəli istirahətini təmin etmək məqsədilə “Musiqili Eyvan” adlı silsilə səyyari konsert proqramlarını davam etdirir. Növbəti belə konsert ötən gün Qazax rayonunun Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədəki çoxmərtəbəli yaşayış binasında baş tutub. Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeçiliyində fəaliyyət göstərən Qazax rayon Mədəniyyət Mərkəzi, Mərkəzi Kitabxana, 1 və 2 nömrəli Uşaq Musiqi Məktəblərinin birgə təşkilatçılığı ilə keçirilən konsert proqramı bina sakinləri tərəfindən maraqla qarşılanıb. Səslədirilən ifalar, bölgənin spesifik musiqisi olan aşıq havaları öz eyvanlarından konserti dinləyənlərin zövqünü oxşayıb, onlara maraqlı anlar bəxş edib.

Xəyal Nağıyev
Ağstafa Regional Mədəniyyət İdarəsinin mətbuat katibi

Daxil olundu: 02.05.2020 » Oxundu: 831
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!