Ağstafa Regional Mədəniyyət İdarəsi Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş müsabiqəyə start vermişdir. İdarənin tabeliçiyində fəaliyyət göstərən uşaq musiqi məktəblərinin şagirdlərinin iştirak edəcəyi müsabiqədə fortepiano,vokal,tar, qarmon,kamança, saz,nağara,muğam nominasiyaları üzrə iştirakçılar qabiliyyətlərini nümayiş etdirəcəklər. Müsabiqə 2 turdan ibarət olmaqla 30 aprel 2021-ci il tarixinə qədər yerlərdə, 5 may tarixində isə Ağstafa şəhər Uşaq Musiqi məktəbində keçiriləçəkdir. Qaliblər Ağstafa Regional Mədəniyyət İdarəsi tərəfindən fəxri fərman və hədiyyələrlə təltif ediləcəkdir.
7 may tarixində müsabiqənin qaliblərinin konserti təşkil ediləcəkdir.

Xəyal Nağıyev
Ağstafa Regional Mədəniyyət
İdarəsinin mətbuat katibi

Daxil olundu: 24.04.2021 » Oxundu: 307
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!