Ağstafa Regional Mədəniyyət İdarəsi “2 fevral-Azərbaycan Gənclər Günü” və “2020-Könüllülər ili” münasibətilə “Gənc mədəniyyət könüllülərinin regional konfransı”nı keçirdi.
Tədbir iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin Ağstafa rayon Heydər Əliyev Mərkəzinin önündə ucaldılmış abidəsini ziyarət edərək gül dəstələri qoydular.
Ağstafa Musiqi Mərkəzində davam edən tədbirdə öncə Ağstafa MKS-nin 2 fevral-Gənclər günü münasibətilə təşkil etdiyi kitab sərgisinə baxış keçirildi. Sonra akt zalında öz işinə başlayan konfrans Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olundu.
Torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi.
Regional İdarənin rəisi Vüqar Qədirov regionu əhatə edən mədəniyyət müəssisələrinin gənc fəllarını “Mədəni-kütləvi tədbirlərdə fəal iştirakına görə və 2 fevral Azərbaycan Gənclər günü” münasibətilə fəxri fərmanla təltif etdi. 2 Fevral gününün Ümummilli lider Heydər Əliyevin Azərbaycan Gəncliyinə hədiyyəsi kimi qəbul etdiyini bildirdi.
Azərbaycanda bütün sahələrlə bərabər Dövlət gənclər siyasətinin forlaşmasına və həyata keçirilməsinə xüsusi diqqət və qayğı ilə yanaşan Ümummilli Lider Heydər Əliyevin imzaladığı Fərman və Sərəncamların Prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini, gənclər siyasəti sahəsində yeni Dövlət Proqramlarının qəbul edildiyini bildirdi. Prezident İlham Əliyevin Azərbaycan gəncliyi 2005-2009, 2011-2015, 2017-2021-cvi illərdə Dövlət Proqramları, 2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası haqqında imzaladığı və s. Sərəncamlara diqqət çəkən Vüqar Qədirov ölkə başçısının gənclərimizi hərtərəfli qayğı ilə əhatə etdiyini bildirdi, istedadlı və yaradıcı gənclərə Prezident təqaüdünün, Prezident mükafatının verilməsinin gənclərə böyük stimul verdiyini vurğuladı. 2020-ci ilin “Könüllülər ili” elan edilməsinin də məhz Prezidentimizin gənclərimizin potensialının üzə çıxarılmasında məqsədyönlü bir addım olduğunu qeyd etdi.
Tədbirdə prezident İlham Əliyevin gənclərə diqqət və qayğısı mövzusunda regional idarənin məsləhətçisi Nəhayət Məstanova, Azərbaycan Respublikasının Birinci Vitse- Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyevanın mədəniyyətimizə diqqət və qayğısı mövzusunda Tovuz rayon MKS-nin əməkdaşı Fidan Rüstəmova, Azərbaycan könüllüləri: Könüllülər ilinin hədəfləri mövzusunda Ağstafa rayon Hüseyn Arif Ev Muzeyinin əməkdaşı Günay Məmmədli, Gənclərin vətənpərvərlik ruhunda tərbiyyə olunmasında mədəniyyətin rolu mövzusunda Qazax şəhər 2 saylı uşaq musiqi məktəbinin müəllimi Günel Əkbərli, İstedadlı gənclərə Dövlət qayğısı mövzusunda Ağstafa rayon Həsənsu Kənd folklor evinin müdiri, gənc şair Rüfət Axundlu, Gənclərin Respublikamızın ictimai və mədəni həyatında rolu və vəzifələri mövzusunda Ağstafa rayon MKS-nin əməkdaşı Günay Qədiməliyeva, Sosial şəbəkələr və elektron KİV-də mədəni irsin təbliği mövzusunda regional idarənin KİV və sosial şəbəkələr üzrə koordinatoru Xəyal Nağıyev məruzə ilə çıxış etdilər.
Tədbir regional idarəni əhatə edən Tovuz, Qazax və Ağstafa rayonlarının gənc mədəniyyət və incəsənət işçilərinin, əməkdaşlarının, musiqi məktəblərinin şagirdlərinin hazırladığı konsert proqramı ilə davam etdirildi.

Xəyal Nağıyev
Ağstafa Regional Mədəniyyət İdarəsinin mətbuat katibi

Daxil olundu: 03.02.2020 » Oxundu: 464
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!