Ağstafa Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə Ağstafa rayon Heydər Əliyev Mərkəzində Milli Mətbuat günü ilə əlaqədar tədbir keçirildi. Milli mətbuatımızın yaranmasının 144 illiyinə həst olunmuş tədbir bölgənin yazarlarının müəllifi olduğu və mətbuatımızın keçdiyi uğurlu yoldan və müxtəlif mövzulardan bəhs edən kitab sərgisinə baxışla başladı.
Mərkəzin konfrans zalında davam edən tədbirdə peşə fəaliyyətlərini həyata keçirərkən şəhid olan jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Giriş sözü ilə çıxış edən Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov mətbuatın yaranması və formalaşması mövzusunda geniş məlumat verərək bildirdi ki, Azərbaycanda Millli Mətbuat Günü iyulun 22-də, 144 il əvvəl Həsən bəy Zərdabi tərəfindən ilk çap nəşri – “Əkinçi”qəzetinin buraxıldığı gündə qeyd edilir.
Ötən əsrin 80-ci illərindən milli mətbuat azad və demokratik mətbuat missiyasının, yeniləşən informasiya vasitəsilə operativ məlumatlandırmanın və tolerantlıq ideyalarının daşıyıcısı olub. Bu gün tez-tez dördüncü hakimiyyət adlandırılan mətbuat Azərbaycanda bir çox proseslərin şəffaflığına, yaxşılaşdırılmasına səbəb olur.
Azərbaycan xalqının Ümummilli Lideri, Prezident Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Bu fərman kütləvi infromasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən edib. Ümummilli Liderin mətbuata bu cür dost münasibəti jurnalistlər tərəfindən hər zaman yüksək dəyərləndirilir.
Ulu Öndərin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev hər il milli mətbuatımızın yubileyinin təntənə ilə keçirilməsini ənənəyə çevirib. Dövlətimizin başçısı milli mətbuatın yubileyi ilə bağlı ilk Sərəncamı 2005-ci il iyunun 20-də imzaladı, mətbuatımızın 130 illik yubileyi bütün ölkə miqyasında qeyd olundu, çoxlu sayda KİV əməkdaşı orden və medallarla təltif edildi, fəxri adlara, Prezident təqaüdünə layiq görüldü.
2018-ci il iyulun 22-də dövlətimizin başçısı jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib. Həmin gün Prezident İlham Əliyev jurnalistlər üçün inşa edilən növbəti binanın təməlqoyma mərasimində iştirak edib. Bütün bunların nəticəsidir ki, dövlətimizin başçısı ikinci dəfə “Jurnalistlərin dostu” seçilib.
Bütün bunlar göstərir ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması hər zaman dövlətimizin başçısının diqqət mərkəzindədir.
Tədbirdə həmçinin, “7news.az” saytının baş redaktoru Səbuhi Abbasov, “Azinform.az” saytının baş redaktoru Məmmədəli Qəribli, “Xalq qəzeti”nin əməkdaşı Əfsanə Bayramqızı, “Ümid Yolu” qəzetinin redaktoru Abdulla Abdullayev, “Kirpi” jurnalının redaktoru Sərhəd Məmmədov, “Ağstafa” qəzetinin redaktoru İbrahim Əliyev, həmin qəzetin məsul katibi Firdovsi Heydərli, qəzetin xüsusi müxbiri Qəhrəman Qurbanov, “Göyəzən” qəzetinin baş redaktoru Elçin İsmayılov Ağstafa Regional Mədəniyyət İdarəsinin Fəxri Fərmanları ilə təltif olundu.
Çıxış edən jurnalistlər müasir medianın tələblərindən irəli gələn vəzifələrdən danışdılar, bugünkü təşkilatçılığa görə Ağstafa Regional Mədəniyyət İdarəsinə minnətdarlıqlarını bildirdilər. Sonda jurnalistlərlə xatirə şəkilləri çəkdirildi.

Xəyal Nağıyev
Ağstafa Regional Mədəniyyət İdarəsinin
KİV və sosial şəbəkələrlə iş üzrə məsul əməkdaşı

Daxil olundu: 22.07.2019 » Oxundu: 93
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!