Ağsuda həmkəndlisini silahla hədələyən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şirvan şəhərindəki regional qrupundan verilən məlumata görə, ötən gün Ağsu rayon Nuran kənd sakini Mahir Nəcəfov DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və Ağsu Rayon Polis Şöbəsinə müraciət edərək həmkəndlisi Zaur Heydərov tərəfindən odlu silahla ölümlə hədələndiyini bildirib. Ağsu RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Heydərov saxlanılıb və ona məxsus fərdi yaşayış evinə baxış keçirilən zaman müvafiq sənədləri olmayan ov silahı və 5 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı Ağsu RPŞ-də araşdırma aparılır.

Kriteri.az

Daxil olundu: 26.12.2019 » Oxundu: 988
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!