Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 2019-cu ildə 12-ci qrant müsabiqəsində “Ali təhsil alan gənclərin elmi tədqiqat bacarıqlarının artırılması” layihəsi ilə qalib olmuş “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyi, 3 rayon üzrə təlimlərə başlamışdır. İlk təlim Quba rayonunda baş tutdu.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında keçirilən tədbirdə “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinin sədr müavini dosent Ruslan Abdullayev layihə haqqında geniş məlumat verib. O, bildirib ki, layihənin məqsədi ali təhsil ocaqlarında gənclər arasında müvafiq mövzuda seminarlar təşkil etməklə onları müxtəlif elm sahələrində araşdırmalara sövq etmək və bununla da Azərbaycan dövlətinin iqtisadi potensialının intellekt kapitalına çevrilməsi prosesində gənclərin fəal iştirakına nail olmaqdır.
Sonra dosent Rəşad Səlimov gənclərə tədqiqatçı üçün zəruri xüsusiyyətlər, tədqiqatçı olmaq üçün görülməsi vacib işlər, tədqiqatçı olmaq istəyən gənclərə tövsiyələr, elmi tədqiqat zamanı İKT vasitələrindən səmərəli istifadə, akademik karyeraya ilk addım, akademik karyeranın üstünlükləri, akademik karyera qurmaq üçün nə etməliyik, doktorantura oxumağın faydaları, xaricdə magistratura təqaüdləri və s. mövzularda seminar vermişdir.
Yekunda layihə rəhbəri iştirakçılara təlimlərdə fəal iştirak etdikləri üçün təşəkkür edərək onlara uğurlar arzu etdi və təlim iştirakçıları ilə birlikdə xatirə şəkli çəkdirildi.

Kriteri.az

Daxil olundu: 26.10.2019 » Oxundu: 1322
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!