“BBC-nin ermənilərin iddiasına əsasən hazırladığı, guya Azərbaycanın Cəbrayıl rayonunda onlara aid tarixi kilsəni dağıtmasından bəhs edən süjeti izlədiyim zaman onların növbəti oyunlarının pərdəarxasını gördüm”.

Bunu “Report”un ABŞ bürosuna açıqlamasında "The Hill", "Daily Caller", "Fox News" kimi qabaqcıl mətbu orqanlarının yazarı Raul Lovery Kontreras deyib.

“Doğrusu, bölgədəki vəziyyəti yaxından izləyən biri olaraq bir neçə ay sonra bildiyim reallıqlarla bağlı hər hansı bir məsələnin ermənilər tərəfindən təhrif olunaraq təqdim olunmasını eşitsəm, artıq təəccüblənməyəcəyəm. Mənim şəxsən öz gözlərimlə gördüyüm videolarda ermənilər döyüş zamanı və döyüş bitdikdən sonra Azərbaycan hərbçiləri gəlməmişdən əvvəl evlərini, əşyalarını, hətta meşələri yandırır və dağıdırdılar. Bəli, həmin görüntülərdən də göründüyü kimi, hansısa bir tikili var və sonradan yoxa çıxıb. Ancaq söhbət kilsədən deyil, hansısa hərbi bazaya məxsus binadan gedir”, - amerikalı jurnalist bildirib.

Onun sözlərinə görə, tamamilə məhv edilmiş Ağdamdan hazırlanan videoda 30 illik qanunsuz işğal zamanı ermənilərin Azərbaycanın tarixi abidələrini və yaşayış mərkəzlərini necə məhv etdiyi göstərilir: "Eləcə də ermənilərin törətdiyi cinayətlərə görə kimlərin cavabdeh ola biləcəyindən bəhs edilir. Həmin videoda ermənilərin bütün əməllərinin görüntüləri var. Onlar dağıtdıqları tikilinin yoxa çıxmasında Azərbaycan hərbçilərini günahlandırırdılar. Necə ki, Ermənistanın sabiq prezidenti Serj Sarqsyan 1992-ci ilin 26 fevral tarixində Xocalıda qadın, kişi və uşaq olmaqla 613 günahsız insanın qətlini və həmin tarixdə törədilən silsilə cinayətlərin yaşandığını etiraf etsə də, buna görə cinayət məsuliyyətinə cəlb edilməyib. Nə qədər qəribə olsa da, bəziləri bunu etiraf edir, bir çoxları isə Xocalıda baş verən cinayətləri inkar edir".

Daxil olundu: 27.03.2021 » Oxundu: 559
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!