Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin həbs müddəti uzadılıb.

Bişkek Pervomayski Bölgə Məhkəməsinin qərarına görə, A.Atambayev 26 oktyabra qədər həbsdə qalacaq.

Qeyd edək ki, sabiq prezidenti həbs etmək üçün 7 avqustda əməliyyat başlayıb və 9 avqustda yekunlaşıb. Əməliyyat zamanı xüsusi təyinatlılarla Atambayevin tərəfdarları arasında qarşıdurma yaşanıb. Hadisə nəticəsində 52 nəfər yaralanıb, bir nəfər isə ölüb. Keçmiş ölkə rəhbəri həyatını itirən təhlükəsizlik əməkdaşının qətlində ittiham edilir. Ona qarşı irəli sürülən digər ittihamlar korrupsiya, üsyana cəhd, dövlət rəsmilərinə silahlı müqavimət və s.dir. (Qaynarinfo)

Kriteri.az

Daxil olundu: 20.08.2019 » Oxundu: 1153
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!