Noyabrın 4-dən 8-dək Azərbaycan Tibb Universitetinin (ATU) Ümumi və toksikoloji kimya kafedrasının müdiri, professor Eldar Qarayev və həmin kafedranın assistenti Kəmalə Bədəlova Pakistanın Karaçi şəhərində səfərdə olublar. Onlar Karaçi Universitetində keçirilən “Gələcək naminə təbii maddələr üzrə 2-ci (ISNPF-2) beynəlxalq simpozium” və “Təbii maddələr kimyası üzrə 14-cü (ISNPC-14) beynəlxalq simpozium”da iştirak ediblər.
Simpoziumda professor Eldar Qarayev “Azərbaycan florasından Stachys annua L. bitkisinin bioloji fəal maddələri” və assistent Kəmalə Bədəlova “Bəzi təbii bioloji obyektlərdə alüminiumun təyin edilməsi” mövzusunda məruzə ilə geniş auditoriyada çıxış ediblər. Tədbirdə əcnəbi alimlərin, eləcə də gənc alim və tələbərin çoxsaylı poster təqdimatları nümayiş etdirilib.
Qeyd edək ki, simpoziumda dünyanın 23 ölkəsinin (Türkiyə, Almaniya, Fransa, ABŞ, İngiltərə, İraq, Misir, Malayziya, Şri-Lanka, Afrika dövlətləri, Livan, Çin, Qazaxıstan, Koreya və s.) aparıcı elm mərkəzlərindən və ali təhsil ocaqlarından alimlər öz elmi-tədqiqat işlərinin nəticələri haqqında maraqlı məruzələr ilə çıxış ediblər. Tədbir UNESCO, İƏT-in Elm Fondu və Karaçi Universitetinin Beynəlxalq Kimya və Biologiya Elmləri Mərkəzi (ICCBS) tərəfindən təşkil edilib.
Simpozium çərçivəsində universitet daxili müxtəlif elmi-tədqiqat laboratoriyalarına, mərkəzin kitabxanasına, heyvanlar evinə (animal house) baxış, müxtəlif elm adamları, alimlər ilə görüşlər keçirilib. Tədbir çərçivəsində mərkəzin direktoru, professor M. İqbal Choudhary ilə, müsəlman ölkələrindən (Azərbaycan, İraq, Livan Misir, Malayziya) olan nümayəndə heyəti ilə, eləcə də dunya miqyasında tanınmış alim (h indeksi 55) professor Atta-ur-Rəhman ilə görüşlər keçirilib. ATU-nun nümayəndə heyəti yerli qəzetə müsahibə də verib.

Kriteri.az

Daxil olundu: 13.11.2018 » Oxundu: 1488
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!