Azərbaycan Tibb Universitetinin müəllimləri tərəfindən hazırlanan “Uşaq xəstəlikləri” adlı dərslik çapdan çıxıb. Kitabın müəllifləri ATU-nun II Uşaq xəstəlikləri kafedrasının müdiri, professor Amaliya Əyyubova, kafedranın professoru Hüseyn Qabulov və professor Nailə Sultanovadır.
Professor Amaliya Əyyubovanın verdiyi məlumata görə, dərslik ATU-nun müalicə-profilaktika fakültəsində tədris üçün hazırlanıb. Və bu mövzuda dərsliyin nəşri böyük əhəmiyyət kəsb edir. Çünki zaman keçdikcə, müalicə-profilaktika fakültəsinin proqramında dəyişikliklər olub. Digər tərəfdən, tibb də yerində saymır, müxtəlif növ yeni uşaq xəstəlikləri ortaya çıxır:
“Biz bu kitabdan öncə də dərsliklər nəşr etmişik. Lakin həmin kitablar daha çox pediatrların istifadəsi üçün daha yararlı olub. Çünki müalicə-profilaktika fakültəsinin proqramı dəyişilir və bu fakültdəəki tələbələrə pediatrlar kimi hər xəstəlik haqqında geniş məlumat verilmir. Buna görə qısa bir müddətdə tamamilə başqa tərzdə dərsliyin yazılması qərarını verdik”.
A.Əyyubovanın sözlərinə görə, kitab 2 il yarım müddətində ərsəyə gəlib. Üç professorun birgə gərgin əməyi nəticəsində 567 səhifədən ibarət dərslik hazırlanıb. Bu kitab 3 kurs üçün nəzərdə tutulub, dərslikdə bütün fakültə tələbələrinin proqramına uyğun kompakt şəkildə materiallar təqdim olunub.

Kriteri.az

Daxil olundu: 13.11.2018 » Oxundu: 1799
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!