Kişi şahmatçılardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.

Oktyabrın 24-dən noyabrın 2-dək Gürcüstanın Batumi şəhərində keçiriləcək komandalararası Avropa çempionatında ölkəmizi liderlər təmsil edəcəklər.

Eltac Səfərlinin kapitan olacağı yığmada Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Rauf Məmmədov və Qədir Hüseynov yer alacaqlar.

Qeyd edək ki, 2 il öncə də Azərbaycan Avropa çempionatında eyni komanda ilə mübarizə aparıb. Yunanıstanda baş tutan yarışda bu heyət ölkəmizə qitə birinciliyinin 3-cü qızıl medalını qazandırıb.

Kriteri.az

Daxil olundu: 20.08.2019 » Oxundu: 1143
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!