Xalqımız on illərdir ki intizarında olduğu Qarabağ torpaqlarımıza Ulu Öndərimizin layiqli davamçısı, Prezidentimiz Cənab lham Əliyevin müdrik siyasəti, qəti və cəsarətli qərarlarıyla qovuşmaqdadır. Ana Vətənimizin bu taleyüklü probleminin həllində misilsiz xidmətlər göstərən Prezidentimizi, həmişə olduğu kimi bütün çalışmalarımızla dəstəkləyir, həmrəyliyimizi böyük iftixar hissiylə yaşayırıq. Bəli, Milli Həmrəylik ümumi qələbənin əsasıdır. Bu gün Azərbaycanın xalq və hakimiyyət birliyi, həmçinin siyasi iradəsi tam olaraq atdığı və atacağı hər addımda uğurla əhatələnməkdə, müjdələnməkdədir. Ölkəmizin haqq və ədalətli mövqeyini böyük əzmlə müdafiəmiz, milli maraqlarımız naminə vahid qüvvə kimi çıxış etməyimiz dünyanın heyranlıqla izlədiyi qürurverici reallıqlardır. Hazırda döyünən qəlbimiz - rəşadətli Azərbaycan Ordusunun Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımıza göz dikən mənfur düşmənimizə vurduğu sarsıdıcı zərbələr də Böyük Rəhbər - Xalq birliyinin təcəssümüdür.
Görünən odur ki, Azərbaycanımızın bu haqlı mövqeyi əzəli-əbədi torpağımız olan Dağlıq Qarabağ münaqişəsinin həllinə, düşmənlərimiz torpaqlarımızı tərk edənə, beləliklə də Ölkəmizin ərazi bütövlüyü tam təmin olunana qədər davam edəcəkdir. Həmçinin, beynəlxalq və işgüzar arenada, müvafiq hüquq müstəvisində aparılan düzgün və dəqiq dövlət siyasətimizin nəticəsində, düşmən üzərində qazanılan həm də diplomatik üstünlüyümüzün miqyası daha da genişlənməkdədir.
Torpaqlarımızın azadlığı, bütövlüyü istiqamətində yorulmadan fəaliyyət göstərən, hər cür sayqıya, dəyərə, hörmət-ehtirama layiq milli və qürurverici dəyərlərimizi bir daha canlandıran Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının mübariz Ordumuza, fitnəkar erməni təxribatının qarşısının alınmasında və hətta düşmənin darmadağın olunması istiqamətində verdiyi əmri və həyata keçirdiyi cəsarətli siyasəti qətiyyətlə dəstəkləyirik. Onun ətrafında sıx vətəndaş birliyimizi bəyan edir, torpaqlarımızın bütövlüyü naminə istənilən tapşırıqların yerinə yetirilməsində canımız və bütün varlığımızla çalışacağımıza əmin edirik.

Dəyanət Əskərov
Lənkəran Dövlət Universiteti Azərbaycan dili
və ədəbiyyatı kafedrasının müəllimi

 

Daxil olundu: 03.10.2020 » Oxundu: 805
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!