Lənkəran Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Əlirza Əliyevin "Azərbaycan dilində jarqonlar" monoqrafiyası təkmilləşdirilərək və əlavələr edilməklə yenidən nəşr olunmuşdur. Əsər müəllifin qeyd etdiyi kimi, onun dilçi - alim kimi yetişməsində böyük zəhməti olan mərhum professor Musa Adilovun əziz xatirəsinə ithaf olunmuşdur.
Kitabda ilk dəfə olaraq ümümxalq dilimizin lüğət tərkibinin müəyyən hissəsini təşkil edən jarqonlar haqqında geniş məlumat verilir. Burada dilçilik elimində çox vaxt mübahisəli olan jarqonizimlə arqotinizmin, dialektizmin oxşar və fərqli cəhətləri, jarqonların müxtəlif növləri, onların ədəbi dilin zənginləşməsində rolu, bədii dildə üslubi imkanları dil faktları əsasında araşdırılmışdır.
Monoqrafiya ali və orta məktəb müəllimləri, tələbələr və ümumiyyətlə, filologiya məsələləri ilə maraqlananlar üçün olduqca maraqlı mənbədir.

Kriteri.az

Daxil olundu: 03.11.2018 » Oxundu: 2943
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!