Filologiya üzrə fəlsəfə doktoru, dosent Nərgiz Musa qızı Hacıyevanın «Azərbaycan dilinin paronimlər lüğəti» çapdan çıxmışdır. Lüğətdə Azərbaycan dilində olan paronimlər, paronimiya hadisələri ilə uyğunlaşan sözlər və frazeoloji vahidlər toplanmış, onların hər birinin izahı verilmişdir. Eyni və müxtəlifköklü sözlər olub, səslənməsinə görə yaxın olan bu söz və ifadələr dildə geniş işləkliyə malikdir. Xüsusən bədii əsərlərdə xarakter yaradıcılığında bu vahidlərdən ətraflı istifadə olunur. Onlar məqsədli və ya bilməyərəkdən nitqdə bəzən dolaşıq salınır. Fikrin səlis və düzgün verilməsində bu dil vahidlərini bilmək gərəklidir.

Lüğət geniş oxucu kütləsi üçün nəzərdə tutulsa da, elmi tədqiqatlarda da istifadə oluna bilər.

KRİTERİ.AZ

Daxil olundu: 08.10.2018 » Oxundu: 2667
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!