Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev görkəmli yazıçının zəngin yaradıcılığından söz açıb. Bildirib ki, tarixi romanlar müəllifi kimi tanınan Xalq yazıçısı Əzizə Cəfərzadə yaradıcılığının müasir Azərbaycan ədəbiyyatında xüsusi yeri var. Onun ərsəyə gətirdiyi hər bir əsər vətənpərvərlik və qəhrəmanlıq duyğularının daşıyıcısı rolunu oynayıb. Həmin əsərlər bu gün də oxucuların mütaliə etdiyi ədəbiyyatlar sırasındadır.
Tədbirdə şair, əməkdar incəsənət xadimi Baba Vəziroğlu, ədəbiyyatşünas, tənqidçi Əsəd Cahangir, Azərbaycan Radiosunun "Ədəbiyyat və İncəsənət" redaksiyasının baş redaktoru, əməkdar incəsənət xadimi Şəfəq Sultan Əlixanlı, Bakı Dövlət Universitetinin (BDU) dosenti Kəmalə İslamzadə çıxış edərək yubiley tədbirini həm Əziz Cəfərzadə timsalında ədiblərə göstərilən ehtiramın təntənəsi, həm də azərbaycançılıq ideyalarının təbliği istiqamətində əhəmiyyətli və təqdirəlayiq bir hadisə kimi dəyərləndiriblər. Qeyd olunub ki, Əzizə Cəfərzadə ədəbi və elmi yaradıcılığı pedaqoji fəaliyyətlə uğurlu şəkildə əlaqələndirməyi bacarıb.
Tədbirdə tanınmış xanəndə Malik Həsənovun, Vətən müharibəsi qazisi, xanəndə Məbud Əhmədovun, Şirvan aşıq məktəbinin yetrirməsi İsgəndər Əzizovun ifasında mahnılar səsləndirilib. Daha sonra Əzizə Cəfərzadənin dəyərli fikirlərinin yer aldığı videoçarx nümayiş etdirilib. Sonda görkəmli ədibin oğlu, Əzizə Cəfərzadə irsinin qorunub saxlanmsında böyük xidmətləri olan Turan İbrahimov yubiley tədbirinin təşkilinə görə AzTU rəhbərliyinə təşəkkür edib.

Kriteri.az

Daxil olundu: 20.11.2021 » Oxundu: 52
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!