AMEA A.A.Bakıxano adına Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Vasif Qafarovun «Azərbaycan Türkiyə-Rusiya münasibətlərində (1918-1922)» (Bakı, Mütərcim nəşriyyatı, 2020, 472 s.) kitabı nəşr olunmuşdur. Kitabın ön söz müəllifi və elmi redaktoru AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Yaqub Mahmudovdur.
Tarix üzrə fəlsəfə doktoru, dosent Vasif Qafarovun oxuculara təqdim edilən bu kitabı müəllifin 2011-ci ildə çap olunan «Türkiyə-Rusiya münasibətlərində Azərbaycan məsələsi (1917-1922)» əsərinin təkmilləşdirilmiş və əlavələr edilmiş yeni nəşridir. Əsər Azərbaycan tarixinin olduqca mürəkkəb, ziddiyyətli və eyni zamanda maraqlı bir dövrünü əhatə edir. Monoqrafiyada Türkiyə-Rusiya münasibətlərində Azərbaycan məsələsinin meydana çıxması, bu dövlətlərin Azərbaycanla bağlı planları və bu planların gerçəkləşdirilməsi üçün həyata keçirilən tədbirlər kompleks şəkildə araşdırılmışdır. Zəngin ilkin arxiv sənədlərinə dayanan müəllif 1918-1922-ci illərdə Azərbaycanın Türkiyə-Rusiya münasibətlərindəki yerini və oynadığı rolu regionda və bütövlükdə beynəlxalq münasibətlərdə cərəyan edən hadisə və proseslər fonunda tədqiq edərək xalqımızın taleyüklü məsələlərinin həll olunduğu bu dövrün obyektiv tarixi mənzərəsini yarada bilmişdir.
Kitab beynəlxalq münasibətlər tarixi ilə məşğul olan mütəxəssislər, bu ixtisas üzrə təhsil alan tələbə və magistrlər və yaxın keçmişimizin tarixi ilə maraqlanan geniş oxucu dairəsi üçün nəzərdə tutulmuşdur.

Kriteri.az

Daxil olundu: 01.11.2020 » Oxundu: 1250
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!