Azərbaycan və Əlcəzair Xarici İşlər nazirlikləri arasında iki sənəd imzalanıb.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 10-da Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, Prezident Abdelməcid Tebbunun xüsusi nümayəndəsi Ramtan Lamamranla birlikdə keçirdiyi brifinqdə deyib.

“Bu gün iki sənəd imzaladıq. Bunlar “Azərbaycan Xarici İşlər Nazirliyi və Əlcəzair Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrə haqqında Protokol” və “Azərbaycan Respublikası Hökuməti və Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik olan şəxslərin qarşılıqlı vizadan azad edilməsi haqqında Saziş”dir", - XİN başçısı vurğulayıb.

Daxil olundu: 10.08.2022 » Oxundu: 452
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!