1992-2003-cü illərdə Azərbaycanın müstəqilliyinin möhkəmlən¬məsində, respublikanın hərtərəfli inkişafında, Azərbaycanın ağır və çətin vəziyyətdən xilas edilməsində Heydər Əliyevin misilsiz xidmətləri vardır. Buna görə də ulu öndərimiz Heydər Əliyev haqqında çoxlu elmi əsərlər, kitablar yazılıb. O, həyatın, zamanın bütün ağır sınaqlarından şərəflə çıxmışdır.
Ümummilli lider, ulu öndər Heydər Əliyevin 1992-ci ildə xalqın təkidi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müstəqillik tarixində yeni bir mərhələnin başlanmasını qoymuş, anarxiya və xaosun, hərc-mərcliyin qarşısı alınmış, ictimai-siyasi proseslər normal məcraya yönəlmişdir. Yaranmış gərgin vəziyyətdən yeganə düzgün çıxış yolu Azərbaycanın böyük oğlu Heydər Əliyevi ölkə rəhbərliyinə dəvət etmək idi. Xalqı fəlakətdən yalnız ümummilli liderimiz qurtara bilərdi.
1993-cü il iyunun 9-da xalqın tələbi ilə böyük siyasətçi, ulu öndər Bakıya gəldi. Gəncəyə səfər etdikdən sonra parlamentdəki çıxışı ilə ölkədə böyük ruh yüksəkliyi yaratdı: «Biz Azərbaycanı bu vəziyyətdən çıxarmağa qadirik» – deyən ümummilli lider Heydər Əliyev iyunun 15-də Azərbaycan Respublikası Milli Məclisinin sədri seçildi. Xalqın istəyi ilə Milli Məclis 15 iyunu «Milli Qurtuluş Günü» elan etdi. Azərbaycanın müqəddəratının həll edildiyi o günlərdə ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtması Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin qorunması deməkdir. Bu gün hər birimiz təsdiq edə bilərik ki, əgər o zaman Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirməsəydi, Azərbaycan çox ağır sınaqlara məruz qala bilərdi.
Bu gün Azərbaycan dövlət müstəqilliyini yaşadır və bundan sonra da yaşadacaqdır. Bu, həqiqətən də belədir və bizim hər birimiz qazandığımız bu müstəqilliklə fəxr edir, onun qorunmasında, dövlətçiliyimizin daha da möhkəmlənməsi uğrunda ulu öndərin siyasi kursunun davamçısı Prezidentimiz İlham Əliyevin köməkliyi ilə əlimizdən gələni əsirgəməməliyik.
Mən bu günlərdə respublikamızın çox yüksək səviyyədə qeyd etdiyi Milli Qurtuluş Günü münasibəti ilə bütün xalqımızı təbrik edir və hər kəsə uğurlu günlər arzulayıram.

Nazim AĞAYEV
Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi,
Əməkdar Mədəniyyət işçisi, Fəxri Mədəniyyət işçisi,
"Tərəqqi" medalı mükafatçısı, YAP Xaçmaz Rayon Təşkilatının sədri

 

Daxil olundu: 12.06.2019 » Oxundu: 1661
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!