Respublika üzrə Dairə Seçki Komissiyalarına (DSK) yeni sədrlər, müavinlər və katiblər seçilib.

"Report"un əldə etdiyi məlumata görə, bu barədə DSK-ların iclaslarında qərar qəbul edilib.

Bununla da DSK-ların formalaşması rəsmiləşdirilib.

Qeyd edək ki, DSK-ların formalaşmasının rəsmiləşdirilməsi müddəti avqustun 25-dək idi.

Mərkəzi Seçki Komissiyasının (MSK) qərarına uyğun olaraq, 125 seçki dairəsinə 1 125 üzv təyin edilib.

Daxil olundu: 26.08.2021 » Oxundu: 385
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!