Bu gündən Azərbaycanda yaşı 65-dən çox olan şəxslərin koronavirusa qarşı peyvənd olunmasına başlanılır.

Peyvənd olunacaq 65 yaşdan yuxarı şəxslər risk qrupuna aid hesab edilir.

Qeyd edək ki, Azərbaycanda COVID-19 xəstəliyi əleyhinə vaksinasiyaya yanvarın 18-dən başlanılıb. İlk növbədə tibb işçiləri vaksinasiyaya cəlb olunub. Səhiyyə işçiləri ilə yanaşı, yaşı 65-dən çox olan şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət yüksək riskli əhali qrupuna aid olunduğu üçün 1-ci mərhələdə onların peyvəndlənməsinə qərar verilib.

İkinci mərhələ üzrə isə tibbi cəhətdən yüksək risk qrupu (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar), 50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər peyvənd olunacaqlar.

Eyni zamanda bu mərhələdə təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, “ASAN Xidmət" və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları, provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin, bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi və yüksək riskli şəraitli işlərdə çalışan (cəmiyyətin fəaliyyəti üçün həyatı vacib sahələrdə çalışan – milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər peyvəndlənəcək.

Daxil olundu: 01.02.2021 » Oxundu: 80
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!