Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli Türk Dil Qurumunun müxbir üzvü seçilib. Bununla əlaqədar Türk Dil Qurumunun rəhbəri, professor Gürer Gülsevin Baba Məhərrəmliyə təbrik məktubu ünvanlayıb.
Qeyd edək ki, Baba Məhərrəmli 150-dən çox elmi məqalənin, 4 monoqrafiyanın müəllifi, “Türk dillərinin tаriхi-müqаyisəli lеksikоlоgiyаsı məsələləri” (I cild, Bаkı, 2004; II cild, Bаkı, 2008, III cild, 2012) kitаblаrının həmmüəlliflərindən biridir. Alim indiyə qədər Türkiyədə, Polşada, Macarıstanda, Rumıniyada keçirilən nüfuzlu beynəlxalq türkoloji konfranslarda Azərbaycanı yüksək səviyyədə təmsil edib. Onun araşdırmaları türk dillərinin kök sözlərinə, etimologiyasına, leksik-semantik sisteminə və morfonologiyasına həsr olunub.

Kriteri.az

Daxil olundu: 16.08.2020 » Oxundu: 1301
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!