Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) ciddi kadr islahatları baş verib. Əldə olunan məlumata görə, kanalın sədr vəzifəsini icra edən Rövşən Məmmədov Mədəniyyət kanalının müdir müavini Nadir Axundovu işindən azad edərək onun yerinə tanınmış aparıcı Emil Şahzadəni təyin edib.
Bundan başqa, AzTV-nin Baş mühəndisi, “Əməkdar mühəndis” Knyaz Mehdiyev, AzTV-nin kadr və xüsusi işlərin idarə edilməsi departamentinin rəisi Mansur Bayramov, Sədrin texniki məsələlər üzrə müavinləri - Nazim Mürsəlov və Zaur Hüseynzadə də işdən uzaqlaşdırılmışlar.

Kriteri.az

Daxil olundu: 24.01.2019 » Oxundu: 1943
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!