“Azərbaycan Dəmir Yolları” QSC Azərbaycan Mərkəzi Bankı, “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Visa” beynəlxalq kart təşkilatı ilə birlikdə Abşeron Dairəvi Dəmir Yolu Xəttində bank kartları ilə ödənişin tətbiqinə başlayır.

Bakı-Sumqayıt qatarının sərnişinlər xəttin 14 stansiyasında təmassız ödəniş imkanından istifadə edə biləcəklər.

Stansiyaların hamısında hər iki istiqamətdə təmassız ödəniş üçün oxuyucu cihazlarla təchiz edilmiş turniketlər quraşdırılıb. Bu layihənin bir hissəsi kimi sərnişinlər 27 biznes terminalı vasitəsilə təmassız ödəniş edərək biletlərin katqqoriyasını biznes sinfinə yüksəldə bilərlər.

Daxil olundu: 02.06.2021 » Oxundu: 480
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!