Bu gün Bakıda karantin rejiminin yoxlanması ilə bağlı 500-dən çox avtomobil saxlanılaraq yoxlanılmışdır. Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
O bildirib ki, "Bakıda hazırda 40-dan çox yoxlanma-buraxılma məntəqələri yaradılıb. Sevindirici haldır ki, 500 avtomobildən yalnız 21-də xüsusi karantin rejiminin pozulması halı aşkarlanıb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi protokol yazılıb".

Kriteri.az

Daxil olundu: 05.04.2020 » Oxundu: 827
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!