Bu gün Azərbaycan iqtisadi potensialına görə Cənubi Qafqazda liderlik edir. Ölkədə yeni-yeni iqtisadi layihələrə geniş meydan verilib. Məqsəd Azərbaycan iqtisadiyyatlının çoxşaxəli pillələrini inkişaf etdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini daha da yaxşılaşdırmaqdır. Mübaliğəsiz demək olar ki, Azərbaycan ən yeni iqtisadi reformaları həyata keçirir. Elə buna görə də bu gün dövlətimiz tərəfindən ölkədə iş adamlarının sərmayə qoymasını, investorların ölkə iqtisadiyyatına cəlb olunmasına hərtərəfli şərait yaradılıb. Məlumdur ki, keyfiyyətli işi həyata keçirmək üçün potensial kapital qoyuluşu vacibdir. Belə olan halda ölkədə kiçik və orta sahibkarlıq da sürətlə inkişaf edir. Elə bu baxımdan da iqtisadi islahatların həyata keçirilməsini başlıca təkan verən bank olmayan kredit təşkilatlarının dövlətimizin dəstəyi ilə yaradılması təqdirəlayiqdir. Bank olmayan kredit təşkilatlarının fəaliyyətini nəzərdən keçirmək hər bir iş adamı üçün çox gərəklidir. Çünki biznes fəaliyyəti ilə məşğul olan sahibkar bank olmayan kredit təşkilatının hesabatı ilə tanış olanda işini necə qurmağı planlaşdırmaqda çətinlik çəkmir. Ölkədə biznes mühitinin hərtərəfli formada yaradılması bank olmayan kredit təşkilatlarının fəaliyyətinə, iqtisadiyyatımızın çoxşaxəli inkişafına stimul yaradıb. Nümunə üçün həmin təşkilatlardan birinin illik maliyyə hesabatını təqdim etməklə iş adamlarında bu barədə geniş təsəvvür yaratmaq istəyirik. Bank olmayan kredit təşkilatlarından birinə -“FINANS INVEST” MMC-yə müraciət edib, həmin təşkilatın icmal maliyyə hesabatlarını bizə təqdim etməsini xahiş etdik. Beləliklə, bank olmayan kredit təşkilatlarından birinin geniş maliyyə hesabatını dərc edirik.

Kəmalə Abdinova

Daxil olundu: 12.06.2019 » Oxundu: 1372
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!