11-14 noyabr 2018-ci il tarixlərində Rusiya Federasiyasının Kazan şəhərində “Çingiz Aytmatovun yaradıcılığı Şərq-Qərb ənənələri kontekstində” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Kazan Federal Universitetinin təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycanı Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin dekan müavini, Ümumi dilçilik kafedrasının dosenti Cavanşir Muradov təmsil edib. O, “Bədii əsərin dili və üslubu. Ç.Aytmatov bədii nəsrinin dili və polilinqvizm” bölməsinin moderatoru olub və “Ç.Aytmatovun rusdilli əsərlərində türkizmlərin etnoqrafik və etimoloji təhlili” adlı məruzə ilə çıxış edib. Dilçi alimin çıxışı maraqla qarşılanıb və ona sertifikat təqdim olunub.
Konfrans çərçivəsində Cavanşir Muradov Kazan Federal Universiteti Filologiya və mədəniyyətlərarası kommunikasiya institutunun rəhbərliyi, eləcə də konfransa qatılan digər ölkələrin nümayəndələri ilə görüşlər keçirib, onlarla elmi əməkdaşlığın perspektivləri barəsində müzakirələr aparıb.

Kriteri.az

Daxil olundu: 18.11.2018 » Oxundu: 1332
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!