Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Azərbaycan filologiyasının aktual problemləri” mövzusunda Respublika elmi konfransı keçirilib. Konfransa respublikamızın 11 ali təhsil müəssisəsindən (BDU, ADPU, BSU, AzTU, ATU, ADU, GDU, OYU, ADİU,BMU, AKU) ümumilikdə 91 nəfər qatılıb. Gənc tədqiqatçıların fəallığı ilə diqqət çəkən tədbirdə 31 tələbə və magistrant müxtəlif məruzələrlə çıxış edib.
Plenar iclası açıq elan edən BDU-nun Elm və innovasiyalar üzrə prorektoru Aydın Kazımzadə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi, Azərbaycan xalqının firavan yaşaması üçün gördüyü işlərdən danışıb və konfransın işinə uğurlar arzulayıb.
Filologiya fakültəsinin dekanı Elçin Məmmədov ulu öndərin memarı olduğu azərbaycançılıq ideologiyasından, onun milli dəyərlərimizə, ədəbiyyat və mədəniyyət xadimlərinə göstərdiyi diqqət və qayğıdan söz açıb, Heydər Əliyev irsinin gənc nəslə təbliğ olunmasının zəruriliyini vurğulayıb.
Plenar iclasda Azərbaycan Tibb Universitetinin dosenti Nağdəli Zamanovun “Heydər Əliyevin nitqində əsas nitq hissələrinin üslubi xüsusiyyətləri” mövzusunda məruzəsi maraqla dinlənilib.
Konfrans öz işini “Ədəbiyyatşünaslığın müasir problemləri” və “Dilçiliyin müasir problemləri” bölmələrində davam etdirib.

Kriteri.az

Daxil olundu: 17.05.2019 » Oxundu: 1845
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!