Azərbaycan Dillər Universitetində dahi Azərbaycan şairi, filosof İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar “Nəsimi qəzəllərinin qiraəti” adlı şeir müsabiqəsi keçirilib. Müsabiqəyə ölkənin müxtəlif ali təhsil müəssisələrinin tələbələri qatılıb. Nəsiminin dərin fəlsəfi anlam kəsb edən qəzəlləri tələbələrin ifasında böyük maraqla qarşılanıb. Sonda tələbələrin qiraəti münsiflər heyəti tərəfindən qiymətləndirilib. Əvvəlcə həvəsləndirici mükafata layiq görülən qaliblərinin adları açıqlanıb. ADU-nun təhsil fakültəsinin tələbəsi Sara Mahmudova, Filologiya və Jurnalistika fakültəsinin tələbələri Kəmalə Həsənli və Kənan Abdullayev müsabiqənin həvəsləndirici mükafatına layiq görülüblər. Birinci yerin qalibi BDU-nun tələbəsi Şamilova Aytən, ikinci yerin qalibi ADU-nun tələbəsi Əliyeva Zeynəb, üçüncü yerin qalibi isə BDU-nun tələbəsi Bədirli Əliqulu olub.

Kriteri.az

Daxil olundu: 31.05.2019 » Oxundu: 1687
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!