Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə qardaşlaşmış Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbi ilə Qobustan rayon 3 saylı tam orta məktəbi arasında 9 Noyabr "Bayraq günü"nə həsr edilmiş "Bayrağımız qürurumuzdur" adlı inşa müsabiqəsi keçirilmişdir. İnşa qaliblərini mükafatlandırmaq üçün 7 noyabr 2018-ci ildə fondun əməkdaşı Elvin Hətəmov Qobustan rayon 3 saylı tam orta məktəbdə keçirilən tədbirə qatılmışdır. Həmçinin Sabir qəsəbə tam orta məktəbin müəllim və şagird heyəti də 3 saylı tam orta məktəbin direktorunun dəvəti ilə məktəbin qonağı olmuşdular.Tədbirdə Qobustan Rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəb direktorları, Hərbi Komissarlığın əməkdaşı və digər şəxslər iştirak etmişdilər. Görüş çox yüksək səviyyədə təşkil edilmişdir. Daha sonra qardaş məktəblərin müəllim və şagirdləri Qobustan məktəblilərinin hazırladığı tədbiri bərabər izləmişlər. Tədbirdə fondun əməkdaşı Elvin Hətəmov qaliblərə fond tərəfindən təqdim edilmiş diplom və kitab hədiyyələrini təqdim etmişdir.Tədbirdən sonra qardaş məktəbin müəllim və şagird heyəti çay süfrəsində maraqlı fikir mübadiləsi etmişlər.

Kriteri.az

Daxil olundu: 08.11.2018 » Oxundu: 1113
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!