Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasına rəsmi səfərə yola düşüb.

Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva tvitterdə yazıb.

Ceyhun Bayramov Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Pakistan XİN başçısı Mahdum Şah Mahmud Qureşi ilə birgə 2-ci üçtərəfli görüşdə iştirak edəcək. Nazirlərin görüşü bu gün Pakistanın paytaxtı İslamabadda keçiriləcək.

Yanvarın 14-də isə Azərbaycan xarici işlər nazirinin Pakistanın yüksək səviyyəli rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.

Daxil olundu: 13.01.2021 » Oxundu: 577
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!