“Biz bundan sonra da Azərbaycan Xalq Cümhuriyyətinin sədaqətli varisləri olacağıq, xalqımızın milli azadlığını qoruyacağıq, saxlayacağıq. Biz Azərbaycanın dövlət müstəqilliyini göz bəbəyimiz kimi qoruyacağıq və günü-gündən möhkəmləndirəcəyik, daha da yüksəklərə qaldıracağıq!” – deyən dahi Heydər Əliyevin tarixin axarını dəyişən ideya və prinsiplərin daşıyıcısı kimi milli mənafeləri xeyrinə hesablanmış məqsədyönlü siyasəti Azərbaycanın dünyanın siyasi xəritəsində ən güclü dövlətlərlə müqayisəsinə şərait yaratdı. Bu baxımdan Azərbaycan Respublikası Administrasiyasının rəhbəri, həqiqi dövlət müşaviri, Akademik Ramiz Mehdiyevin söylədiyi fikirlər xüsusi əhəmiyyətə malikdir: “Heydər Əliyev iki əsrin ayrıcında öz ölkəsinin dövlət adlı gəmisini qlobal sarsıntılar dövrünün fırtınalarından sağ-salamat və uğurla keçirərək, ölkənin milli dəyərlərinin, insanların mənəvi sağlamlığının,özlərinə inamının qorunub saxlanılmasına müvəffəq olmuşdur. Siyasətin ön səhnəsində olduğu otuz dörd il ərzində, o, XX-XXI əsrlərin görkəmli siyasətçilərindən biri, müasir dövrün böyük siyasi lideri kimi bütün dünyada tanınmışdır”. Gördüyü bütün təqdirə layiq işlər ilə xalqın rəğbətini qazanan, Azərbaycanın milli maraqlarını qoruyan, ölkəmizin təhlükəsizliyinə nail olan cənab İlham Əliyev Ulu Öndərin layiqli davamçısı kimi alternativsiz lider olaraq qəbul edilir. Bu gün ölkəmiz cənab Prezidentimizin yorulmaz, məqsədyönlü siyasəti nəticəsində günü-gündən daha da inkişaf edir, dünya ölkələri sırasında öz layiqli yerini tutur.
Ümumilikdə, ölkəmizin iqtisadi potensialının güclənməsi, dövlət büdcəsi gəlirlərinin artması, neft sektorundan asılılığın minimuma endirilməsi, ölkənin istehsal gücünün artması, aqrar sektorun inkişafı, çoxlu sayda yeni iş yerlərinin açılması, ərzaq və ekoloji təhlükəsizliyin gücləndirilməsi, sahibkarlığın inkişaf etdirilməsi bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində sürətli inkişafın bariz nümunəsidir. Belə ki, respublikamızın hər bir bölgəsində mədəniyyətə xüsusi önəm verildiyi üçün cənub bölgəsində də durmadan bu sahə inkişaf edir. Bölgə üzrə 3 rayonu – Lənkəran, Astara və Lerik rayonlarını əhatə edən Lənkəran Regional Mədəniyyət İdarəsinə Vüsal Nəsirli rəhbərlik edir.
Lənkəranda Heydər Əliyev Mərkəzi, 2 muzey (Tarix-diyarşünaslıq muzeyi, H.Aslanovun ev muzeyi), 1 Dövlət Dram teatrı, 1 Mərkəzi kitabxana 66 kitabxana filialı, 1 Mədəniyyət Mərkəzi, 49 klub və mədəniyyət evi, 2 uşaq musiqi,1 uşaq rəssamlıq məktəbi,1 Dövlər Rəsm qalereyası, Əskər Əliyev adına mədəniyyət və istirahət parkı vardır. Rayonun ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 132 nömrəli Qərarına əsasən 21 ölkə əhəmiyyətli arxeoloji, 53 yerli əhəmiyyətli memarlıq, 2 monumental, 2 daş-heykəltaraşlıq və 9 yerli əhəmiyyətli arxeoloji abidə qeydiyyata alınmış və dövlət mühafizəsinə götürülmüşdür. Onların içərisində Dairəvi Qala, Sığon daş qutu nekropolu, Həzi Aslanovun ev-muzeyi, Böyük və Kiçik bazarda olan məscidlər, Mir Əhməd xanın evi (Tarix-diyarşünaslıq muzeyi), Şeyx Zahid və Seyid Xəlifə türbələri turistlərin diqqətini daha çox cəlb edir.
Mərkəzi kitabxanada "Heydər Əliyev İdarəçilik Universiteti", avtomatlaşdırılmış kitabxana sistemi fəaliyyət göstərir. Burada pulsuz olaraq internetdən istifadə üçün şərait yaradılmışdır. Mədəniyyət müəssisələrində əlamətdar və tarixi günlər, dövlət bayramları qeyd olunur, yazıçı və şairlərin yubileyləri, əyləncəli, şoular, ədəbi-bədii gecələr, disputlar, müharibə veteranları ilə görüşlər, musiqi kollektivlərinin iştirakı ilə konsertlər, teatrlaşdırılmış mədəni-kütləvi tədbirlər keçirilir.
Astara rayon Mədəniyyət və Turizm şöbəsinin strukturunda 24 mədəniyyət evi, 29 klub, Tarix-Diyarşünaslıq muzeyi, Heydər Əliyev mərkəzi, Dövlət Rəsm Qalereyası, Uşaq musiqi məktəbi, 57 kitabxana tarix və mədəniyyət abidələrinin mühafizəçiləri əhaliyə mədəni xidmət göstərir.
Rayon Tarix-Diyarşünaslıq muzeyinin fondunda 7354 ədəd eksponat vardır və 1980-cı ildən fəaliyyət göstərir. Muzeyin sahəsi 600 m2, altı zalda yerləşdirilməklə üç bölmədən ibarətdir. Muzeyin əsas fondunda eramızdan əvvəl II-III əsrdə baş verən hadisələrdən xəbər verən müdafiə və döyüş silahları, qılınclar, yəhərvari tunc qılınclar, ox və nizə ucluqları, bıçaq tiyələri, döyüş baltaları, yaşı 2000 ildən yuxarı olan qadın və kişi daş heykəlləri, XIV və XV əsrlərə aid olan "Zərbi düz olmayan" sikkələr, ibtidai formalı şüşədən və tuncdan düzəldilmiş qadın bəzəkləri, tarixi və elmi əhəmiyyətə malik olan eksponatlar mühafizə olunur. Eyni zamanda xalqın məişət bölməsində keçmişdə istifadə edilmiş "Talış evi" həsir, cebend, beşik, bəzək əşyaları, duluzçuluq sənət nümunələri, həsirtoxuma aləti, xış, dəmir kotan, xalq şənliklərində istifadə edilən qədim musiqi alətləri nümayiş olunur.
2008-ci ildə ulu öndərin anadan olmasının 85-illiyi münasibətilə Heydər Əliyev muzeyi inşa olunmuşdur. 2011-ci ilin yanvarından muzey yenidən qurularaq genişləndirilmiş və Mərkəz kimi fəaliyyətə başlamışdır. Sahəsi 960 m2 dir. Mərkəzdə 105 fotoşəkil saxlanılır. Mərkəzin 8 nəfər işçisi vardır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 15 aprel 2011-ci ildə Astara Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir. Mərkəzin ilk seyircisi Prezidentimiz cənab İlham Əliyev olmuşdur. Fəxri qonaq mərkəzin daxili və xarici görünüşünü, quraşdırılma, dizaynını yüksək qiymətləndirmiş, "Xatirə kitabına" öz ürək sözlərini yazmışdır. İki mərtəbəli binanın girişində ulu öndərin büstü qoyulmuşdur. Mərkəzin birinci mərtəbəsində Ümummilli Liderin mənalı həyatını və zəngin siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkil və sənədlərdən ibarət muzey fəaliyyət göstərir. Muzeydə 68 fotoşəkil, 34 sənəd nümayiş etdirilir. 37 fotoşəkil və 40 sənəd isə fondda saxlanılır. Onlardan 25-i ulu öndərin Astaraya səfərləri zamanı çəkilən və Astaralılar tərəfindən qorunub saxlanılan unikal fotoşəkillərdir. Onu da qeyd edək ki, Heydər Əliyev Astaraya rəsmən 11 dəfə səfər etmişdir.
Astara Uşaq Musiqi məktəbi 1966-cı ildə yaradılmışdır. İlk zamanlar iki ixtisas üzrə (tar, fortepiano) dərslər tədris edilirdisə indi məktəbdə 8 ixtisas üzrə 280-dən yuxarı şagirdin təlim-tərbiyəsi və tədrisi ilə 56 nəfər ali və orta ixtisas təhsilli müəllim məşğul olur. Ötən 45 ildə məktəbi minədək şagird bitirmişdir. Bu gün məktəbdə çalışan bütün müəllimlər məktəbin öz yetirmələridir. Məktəbdə tar, fortepiano, kamança, qarmon, balaban, nağara, klarnet və xanəndəlik ixtisasları tədris olunur.
Rayonun turizm və istirahət məqsədləri üçün istifadə edilə bilən təbii potensialı böyükdür. Rayonda turizmin inkişafı və turistlərə yüksək xidmətin göstərilməsi üçün zonalar üzrə 7 turizm marşrutu müəyyən edilmişdir. Bu marşrutlar daşınmaz tarix və mədəniyyət abidələri, tarixi yerlər, ziyarətgahlar, inanc yerləri ilə yanaşı eyni zamanda rayonumuzun nadir el sənətkarlığının inkişaf etdiyi yaşayış məntəqələrindən keçir. Astara rayonunda fəaliyyət göstərən 4 ulduzlu "Şindan", "Savalan", "Xəzər", "1001 gecə" mehmanxanaları, Abşeron, "Sahil" və "Relaks" istirahət mərkəzləri bu gün yüksək səviyyədə turistləri qəbul etməyə hazırdır. Bununla yanaşı Ağ körpü, İstisu, Sım, Siyakü, Telman, və eyni zamanda turizm üçün əlverişli olan rayonun dəniz sahili ərazilərində istirahət zonaları mövcuddur.
Rayonun tarixi və memarlıq incəsənət abidələri Astara rayonunun çox qədim tarixə malik olan daşınmaz tarix və mədəniyyət abidələri vardır.
Lənkəran Regional Mədəniyyət İdarəsinin tərkibinə daxil olan Lerikdə də dövlət mühafizəsində olan daşınmaz tarixi mədəniyyət abidələri mövcuddur. Bunlardan yerli əhəmiyyətli memarlıq abidələri 27, arxeloji abidələr 25, monumental və xatirə abidələri 1, dekorativ, tətbiqi sənət abidələri 78 və s.-dir. Lerik şəhərində 1 tarix-diyarşünaslıq muzeyi, "Uzunömürlülər" muzeyi, rəsm qaleriyası fəaliyyət göstərir. Rayonda çoxsaylı tarixi abidələr var. Xanəgah kəndindəki Xoca Seyid məqbərəsi (XIV əsr), Lüləkəran kəndindəki məscid (XIX əsr), Mistan kəndində, dəniz səviyyəsindən 2438 metr yüksəklikdə yerləşən "Qızyurdu" adlı qədim insan məskəni, Mondigah kəndindəki Baba İsa türbəsi, Kekonu kəndinin yaxınlığındakı Pir Yusif məqbərəsi, Lerikdən Cəngəmiran kəndinə gedən yolun üstündəki Cabir məqbərəsi (XII-XIV əsrlər) və s. Kəndlərin çoxunda daşdan yonulmuş qoç heykəlləri salamat qalmışdır. Cəngəmiran kəndinin yaxınlığında Xəlifə Zəkəriyyə məqbərəsi var. Bu kənddə qədim ağaclar da tarixi abidələr kimi qorunur. Məşhur fransız yazıçısı Aleksandr Düma vaxtilə Qafqaza səyahət edərkən Lerik meşələrindən keçərək Hovil kəndində olmuş, öz əsərlərində bu kəndin eskizlərini çəkmiş, gözəlliklərini vəsf etmiş, əhalinin qonaqpərvərliyindən, məşğuliyətindən geniş yazmışdır. Lerik ərazisində mövcud olan Oğlan və Qiz qalaları müdafiə məqsədi ilə tikilmişdir. Bu qalalara su dulus borularla bulaq çeşmələrindən çəkilibmiş. Qalaların bürcləri orjinal arxitektura quruluşuna malikdir. Rəvayətə görə bura qədim albanların məskəni olmuşdur. Burada albanlara məxsus qəbirstanlıq indi də mövcuddur.
Səfəvilərin hakimiyyəti illərində Şah İsmayıl öz inanılmış adamlarını Lerik rayonu ərazisinə də göndərmişdir. İndi əhalinin ziyarətgaha çevirdiyi Babagil məqbərəsi də o dövrlərin yadigarıdır. Rayonda Heydər Əliyev Mərkəzi, 22 mədəniyyət evi, 64 kitabxana (şəhərdə bir mərkəzi kitabxana, bir Uşaq kitabxanası), 44 klub, 1 rəsm qalereyası, 2 ibtidai musiqi məktəbi fəaliyyət göstərir. Rayon üzrə 193 tarixi abidə qeydə alınmışdır. Bunlardan 42-si ölkə, 151-i isə yerli əhəmiyyətli abidələrdir. Mədəniyyət evlərində 20 bədii özfəaliyyət kollektivi, klub müəssisələrində 123 dərnək fəaliyyət göstərir. "Lakto", "Cəngəsər", "Bahar", "Çiçək", "Uzunömürlülər" və digər mahnı və rəqs ansamblları milli musiqimizin, adət və ənənələrimizin yaşaması üçün səylə çalışırlar.
Rayon mərkəzləşdirilmiş kitabxana sisteminin filiallarında 293.8 min nüsxə siyasi, bədii və elmi ədəbiyyat toplanmışdır. Bu zəngin fonddan 22,7 min nəfər oxucu istifadə edir. 2012-cu ildə rayon mərkəzi kitabxana sisteminə 1641 nüsxə yeni nəşrlər daxl olmuşdur. Turizmin rayonumuzda yeni bir sahə olmasına baxmayaraq, keçən qısa vaxt ərzində bu sahədə bir sıra uğurlara imza atılmışdır. Dövlət Proqramının icrası ilə bağlı rayonumuzda fəaliyyət göstərən "Relax", "Təbəssüm", "Meşəbəyi", "Çənlibel", "Xəyal", "Həyat", "Qala", "Cənub", "Möcüzə" turizm istirahət əyləncə mərkəzlərində istirahət edən qonaqlara vaxtlarının səmərəli keçirmələri üçün hər cür şərait yaradılmışdır. Bu mərkəzlərdə eyni vaxtda 700 nəfərdən artıq turistin qalması və istirahət etməsi üçün ən müasir standartlara uyğun hər cür şərait yaradılmışdır. Hesabat ilində 7945 nəfər turist, keçən ilə nisbətən 227 nəfər çox turistin rayonumuza gəlməsi qeydə alınmışdır. Lənkəran-Lerik yolu boyunca, Qosmalıan və Bilnə kəndlərində yeni turizm istirahət əyləncə mərkəzləri, Lerik şəhərində, ərazilərdə, magistral yol boyu ticarət mərkəzləri, iaşə obyektləri tikilmiş və bu sahədə iş davam etdirilmişdir. Lənkəran-Lerik yolunun 36-cı km-də müasir kottec və otellərə malik "Cənub" turizm-istirahət mərkəzi inşa edilərək, "Relax" turizm istirahət mərkəzində inşasına 2010-cu ildən başlayan "AKVA-park" istirahət meydançası tikilərək istifadəyə verilmişdir. Burada turistlərin istirahətinin daha rəngarəng keçməsi üçün qarşıdakı illərdə kanat yolların tikintisi nəzərdə tutulmuşdur.

Vüsal Nəsirli
Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi

Daxil olundu: 27.01.2019 » Oxundu: 1618
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!