İrlandiya millisinin sabiq futbolçusu Robbi Kin karyerasını başa vurub.
38 yaşlı hücumçu İrlaniya yığmasının baş məşqçisi Mik Makkartinin köməkçisi təyin olunub.
Qeyd edək ki, Kin millidə 1998-ci ildə debüt edib. O, bu müddətdə keçirdiyi 145 matçda 68 qol vurub.
Veteran forvard karyerası ərzində İngiltərənin "Lids”, "Tottenhem”, "Liverpul”, İtaliyanın "Milan”, ABŞ-ın "Los-Anceles Qalaksi” kimi klubların formasını geyinib. Onun son iş yeri Hindistan "Atletiko”su olub.

Kriteri.az

Daxil olundu: 29.11.2018 » Oxundu: 1512
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!