Şamaxı rayon Sabir qəsəbə A.Alxanov adına tam orta məktəb və Türkiyə məktəblərinin “Denemeye değer” e-Twinnig layihəsi uğurla həyata keçirilir.Şamaxı rayon Sabir qəsəbə A.Alxanov adına tam orta məktəbin direktoru Gülnurə Babaşovanın, tarix müəllimi Lətafət Vəliyevanın və şagirdlərinin Türkiyə məktəbləri müəllim və şagirdləri ilə ortaq fəaliyyət göstərdikləri layihə ilə tələbələr müxtəlif eksperimentlər və stem fəaliyyətləri edərək öyrənmək və araşdırmaq həvəslərini artırmağı hədəfləyiblər. Şagirdlərin ətraflarına qarşı daha həssas, fərdləri sorğu-sual edən və araşdıran, hadisələr arasında səbəb-nəticə əlaqəsi quraraq, müşahidə əsasında təcrübələr hazırlayıb yaşayaraq öyrənəcəkləri layihə çərçivəsində, kompost, üzvi gübrə, yelkənli qayıq hazırlanması, batmaz yumurta təcrübəsi, stem fəaliyyəti raket hazırlanması, bitki becərilməsi, kartofdan elektrik almaq, stem fəaliyyəti olan avtomobil hazırlama, sehrli süd təcrübəsi, mancanaq və layihə qiymətləndirmə fəaliyyətləri həyata keçirilmişdir.
Təhsil və təlim fəaliyyətinin keyfiyyətini artırmaq üçün bu cür e-Twinninq fəaliyyətləri məktəblərimizə çox əhəmiyyətli töhfələr verir.Bu layihə şagirdlər üçün yeni öyrənmə imkanları təqdim etdi. Şagirdlər dərsə daha çox həvəsli oldular. Digər məktəblərdən və ya ölkələrdən olan həmyaşıdları ilə ünsiyyət quraraq fərqli mədəniyyətləri tanıdılar. Veb texnologiyalarının təhsil məqsədləri üçün də istifadə oluna biləcəyini anladılar.
Şamaxı rayon Sabir qəsəbə A.Alxanov müəllim və şagirdləri internet üzərindən layihənin digər ortaqları olan Türkiyə məktəbləri müəllim və şagirdləri ilə əməkdaşlıq ediblər.

Kriteri.az

Daxil olundu: 13.04.2022 » Oxundu: 697
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!