2 fevral – “Gənclər günü”ndə 74 saylı Lənkəran Kənd Seçki dairəsindən deputatlığa namizəd, filologiya üzrə fəlsəfə doktoru, dosent Aqil Gülağa oğlu Cəfərovun Lənkəran rayonunun Girdəni kəndində namizədlər üçün təbliğat-təşviqat üçün ayrılmış “Röyal” şadlıq sarayında seçicilərlə rəsmi görüşü baş tutdu. Görüş Azərbaycan Respublikasının Əməkdar müəllimi Rövşən Ağayev tərəfindən açıq elan olunaraq Azərbaycan Respublikasının himni səsləndirilərək, daha sonra deputatlığa namizəd Aqil Gülağa oğlu Cəfərovun həyat və fəaliyyəti haqqında seçicilərə geniş məlumat verildi. Sonra seçicilər adından Girdəni kənd ziyalısı Camal Mirzəyev, daha sonra 74 saylı Lənkəran Kənd Seçki dairəsindən deputatlığa namizədlərdən BDU-nun professoru Nəsrulla Məmmədov, Rəvan Bəşirov, Emil Vahabov və Emil Vahabov çıxışlar etdilər. Proqrama uyğun olaraq söz deputatlığa namizəd filologiya üzrə fəlsəfə doktoru, dosent Aqil Cəfərova verildi. Natiq öz siyasi platforması haqqında ətraflı çıxış edərək məlumat verdi. Onun siyasi platformasının qısa məzmununu olduğu kimi təqdim edirik:
– Dövlət-xalq münasibətlərinin daha da möhkəmləndirilməsi;
– Milli ideoloji düşüncəyə və dövlətçilik prinsiplərinə sədaqətli xidmət;
– Dövlət idarəetməsi sahəsində əhalinin rəy və təkliflərin dəyərləndirilməsi, ictimai rəyin yüksək dövlət kürsülərində müzakirəsi;
– Sosial sahədə islahatların yeni mərhələsinin başlanğıcı;
– Beynəlxalq standartlara cavab verən müasir təhsil modelinin tətbiqi;
– Turizm infrastrukturununun təkmilləşdirilməsi;
– Aqrar sektora və kənd təsərrüfatı sahəsinə dövlət dəstəyinin gücləndirilməsi;
– Əhalinin məşğulluğunun artırılmasına və rəqabətqabiliyyətli əmək bazarının formalaşdırılmasına dəstək;
– Yüksək peşakarlığa və intellektə malik istedadlı gənclərin üzə çıxarılması və fəaliyyətlərinin dəstəklənməsi
Sonda deputatlığa namizəd Aqil Cəfərovun geniş çıxışı ətrafında seçicilər tərəfindən müxtəlif suallar verilərək müzakirələr aparıldı.

Kriteri.az

Daxil olundu: 04.02.2020 » Oxundu: 1573
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!