Bu gün Bakı Nəqliyyat Agentliyi ölkəyə yeni gətirilmiş və ümumi dəyəri 5 mln. ABŞ dolları olan 50 sərnişin avtobusunun təqdimatını keçirib.

Kriteri.az xəbər verir ki, təqdimat mərasimində çıxış edən Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev avtobusların təmsil etdiyi qurumun tələblərinə cavab verdiyini vurğulayıb: "Bu avtobusların sərnişinlərin rahat və təhlükəsiz daşınması baxımından qoyulan tələblərə cavab verir. Fiziki imkanları məhdud, eləcə də uşaq arabası ilə olan şəxslərin avtobuslardan rahat istifadə edə bilməsi üçün nəqliyyat vasitələri xüsusi mexanizmlə təchiz edilib.
Avtobuslarda enerji ötürücüsu yerləşdirilib".

Onun sözlərinə görə, yeni avtobuslar yaxın günlərdə sərnişinlərin daha çox narazı qaldığı marşrut xətlərinin birində istismara veriləcək:

"Sərnişinlərin təhlükəsizlik daşınması məqsədilə bu avtobusların sürət həddinə məhdudiyyət qoyulub. Maksimal sürət həddi 60 km/saat müəyyən edilib", - deyə o, qeyd edib.

M.Ağayevin sözlərinə görə, yaxın günlərdə Azərbaycana 8 avtobusun paytaxta gətirilməsi gözlənilir.

Kriteri.az

Daxil olundu: 07.11.2018 » Oxundu: 680
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!