Fəxrəddin müəllimi heç tanımayan insan belə onu ilk dəfə görəndə sevməyə başlayır. Təbii ki, buna səbəb Fəxrəddin müəllimin sadəliyi, səmimiliyi, əsl insani keyfiyyətlərə sahib olan xarakteridir. Bu gözəl insanla həmsöhbət olan hər bir insan vaxtın necə tez gəlib keçdiyinin heç fərqinə belə varmır. Çünki onunla ünsiyyətdə olanda adam ondan yalnız müsbət enerji alır və bu insanda əsl insani dəyərlərin canlı şahidi olur. Bütün bu xüsusiyyətlər onu göstərir ki, Fəxrəddin müəllim sözün əsl mənasında alicənab, müdrik bir insandır. Biz də kriteri.az saytının yaradıcı kollektivi olaraq üzündən, gözündən nur yağan Fəxrəddin müəllimi yeni doğum günü münasibətilə ürəkdən təbrik edirik. Ulu Tanrıdan Fəxrəddin müəllimə həyatda insan üçün ən vacib nemət sayılan can sağlığı, xoş anlarla dolu bir ömür diləyirik. Dünya durduqca yaşayın, yaradın, var olun, əziz Fəxrəddin müəllim!

KRİTERİ.AZ

Daxil olundu: 10.10.2018 » Oxundu: 10498
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!