Bu gün şəkili dostumuz «Kazım» müəssisəsinin təsisçisi Kazım Hümbətovun ömür dastanına özəl bir gün olaraq daxil oldu. Həyat ağacının saralmış bir yarpağı da qoparaq sönsuzluğuna qovuşdu. Çünki doğum günü insan həyatının ən xoş günlərindən biridir. Bu xoş günündə Kazım müəllimə arzulamaq istədiyimiz çox şey var. Amma bu həyatda məncə insan üçün ən böyük sərvət Tanrının ona verdiyi sağlıq dolu ömür payıdır. Biz də «Kriteri.az» saytının yaradıcı kollektivi olaraq saf duyğulu, səmimi dostumuz Kazım müəllimə doğum günündə Allahdan möhkəm can sağlığı, sağlam və mənalı ömür arzulayırıq. Sonda Kazım müəllimi bir daha ürəkdən təbrik edir, ona işlərində yeni-yeni uğurlar arzulayırıq.

Kriteri.az

Daxil olundu: 08.02.2019 » Oxundu: 2252
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!