"Azərbaycanın torpaqları işğaldan azad edildikdən sonra Türkiyədən Azərbaycana bir çox qurum və təşkilat tərəfindən dəstək təklifləri gəlir".

Bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Səfir bildirib ki, Millətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalının Şuşada Üzeyir Hacıbəyli adına öz hesablarına məktəb tikmək ilə bağlı təklifi də bu qəbildəndir:

"Azərbaycan Prezidenti İlham Əliyev uyğun gördüyü təqdirdə hörmətli Bağçalının istəyi də hər halda həyata keçiriləcək. Türkiyədə çox sayda təşkilat və qurumlarımız hər cür dəstək göstərmək üçün hazırdırlar".

Daxil olundu: 20.01.2021 » Oxundu: 454
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!