Dünyada koronavirusdan sağalanların sayı 1 500 385 nəfərə çatıb.

Ən çox sağalma ABŞ (256 336), İspaniya (176 439) və Almaniyada (145 600) qeydə alınıb.

Qeyd edək ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,1 milyonu, ölənlərin sayı isə 284 mini ötüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Daxil olundu: 11.05.2020 » Oxundu: 855
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!