Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV qrant müsabiqəsində iştirak edərək "Dünyanın danışdığı dil" layihəsi üzrə qalib olmuşdur. Belə ki, müsabiqəyə təqdim olunmuş layihə günün tələbinə xidmət edən ingilis dili müəllimlərinin peşəkar hazırlıqlarından bəhs edir. Hər kəsə məlumdur ki,bu gün bütün respublika üzrə IX-XI sinif şagirdlər xarici dil fənni üzrə imtahanlar verirlər. İmtahan tapşırıqlarından biri də dinləmə tapşırıqlarıdır. Nəzərə alsaq ki, məhz bu tapşırıq üzrə şagirdlər müəyyən qədər çətinliklər çəkirlər. Bu problemi rayon təhsilində qismən aradan qaldırmaq üçün ilk olaraq ingilis dili müəllimlərinə metodiki kömək və dinləmə materiallarının hazırlanması ilə bağlı təlimlər çox önəmlidir. Müsabiqəyə təqdim olunmuş layihə bəyənilmiş və qalib olmuşdur. Layihənin həyata keçirilməsi müddəti 4 aydır. Artıq 22.10.2020-ci il tarixdə Sabir qəsəbə tam orta məktəbi layihə rəhbəri Gülnurə Babaşovanın təşkilatçılığı ilə qalib layihənin açılış tədbirini keçirmişdi.Tədbirdə Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri Namiq Nağıyev, Azərbaycan Dillər Universitetinin Təhsildə innovasiyalar kafedrasının müdiri, filologiya elmləri doktoru, dosent Aytən Bayramova, Azərbaycan Dövlət Pedaqoji Universitetin müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru,dərslik müəllifi və peşəkar təlimçi Fəridə Hüseynova, ADU-nun baş müəllimi Hüzura Ağayeva, həmçinin layihənin reallaşmasında iştirak edəcək komandanın üzvləri: Layihə rəhbərinin köməkçisi-Aliyə Əhmədova, Peşəkar təlimçilər Aidə Ələkbərova, Səyyarə Əliyeva və digər qonaqlarımız olan Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Babalar Ağayev, ADU-nun Təhsildə İnnovasiya kafedrasının müəllimləri, rayon məktəb direktorları və ingilis dili müəllimləri iştirak etmişdilər.Tədbir maraqlı çıxışlar, diskussiyalarla müşayiət olunmuşdur.
Kriteri.az