Əməkdar artistlər, Azərbaycan Milli Konservatoriyasının dosentləri tarzən Elçin Həşimov və kamança ifaçısı Elnur Əhmədovun ifalarının yer aldığı yeni disk Təbrizdə işıq üzü görüb.
Bu barədə AZƏRTAC-a məlumat verən əməkdar artist, kamança ifaçısı Elnur Əhmədov bildirib ki, sayca üçüncü olan bu disk “Odlar yurdu” adlanır. Qeyd edək ki, yeni diskdə hər iki ifaçının solo və duet ifaları ilə yanaşı, Azərbaycanın qədim xalq rəqsləri, kinofilmlərdən musiqilər də yer alıb.

 

Daxil olundu: 18.03.2019 » Oxundu: 1675
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!