Dərin elmi bilik, möhkəm bacarıq, yüksək tərbiyə, insanı öyrətməyə gedən yol hər şeydən əvvəl təlim-tədris prosesindən keçir. Bu prosesin uğurlu nəticəsi isə daha çox müəllim əməyindən asılıdır. Bu mənada müəllim əməyini hər zaman yüksək qiymətləndirən Ümummillli liderimiz Heydər Əliyev deyirdi: "Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir. Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır. Azərbaycan müəllimləri ən yüksək mənəviyyata, vətəndaşlıq hisslərinə malik olan insanlardır. Mən dünyada müəllimdən yüksək ad tanımıram".
Ona görə də hər il olduğu kimi, bu il də 4 oktyabr - "Beynəlxalq Müəllimlər Gün"ündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları respublikamızda təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup müəllim, o cümlədən Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əskərova da "Əməkdar müəllim" fəxri adı ilə təltif olunmuşdur.
Kriteri.az saytının kollektivi olaraq biz də Yeganə xanımı "Azərbaycan Rspublikasının Əməkdar müəllimi" fəxri adı ilə ölkə başçısı tərəfindən təltif olunması münasibətilə ürəkdən təbrik edirik. Uca Allahdan Yeganə xanıma hər bir insan üçün vacib hesab olunan can sağlığı, xoşbəxt anlarla dolu bir ömür arzulayırıq!

KRİTERİ.AZ

Daxil olundu: 31.10.2018 » Oxundu: 1535
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!