Azərbaycan Respublikasının Əməkdar Müəllimi Rövşən Əhəd oğlu Ağayevin tapdanmış haqqı ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanladığı müraciəti olduğu kimi təqdim edirik:

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ İNSAN RESURSLARI ŞÖBƏSİNİN MÜDİRİ EŞQİ BAĞIROVA
LƏNKƏRAN RAYONU M.BAĞIROV ADINA GİRDƏNİ KƏND TAM ORTA MƏKTƏBİNİN MÜƏLLİMİ AĞAYEV RÖVŞƏN ƏHƏD OĞLUNDAN
MÜRACİƏT

Azərbaycan Respublikasının Prezidenti çox dəyərli Cənab İlham Əliyevə ünvanladığım(14.11.2019-cu il tarixli A-174 92nömrəli) müraciətimə baxılmasıyla bağlı bizə yazdığınız cavab məktubunuzu 17 yanvar 2020-ci il tarixdə almışam. Bildirirsiniz ki,7 noyabr 2017-ci il tarixdən 2017- 2018-ci il tədris ilinin sonunadək,15 sentyabr 2018-ci il tarixdən isə 2018-2019-cu tədris ilinin sonunadək müddətli əmək müqaviləsi bağlanılmışdır. Cari dərs ilində məktəbdə mövcud dərs yükünün və diaqnostik qiymətləndirmədə göstərdiyiniz nəticə nəzərə alınaraq,sizinlə 1 dekabr 2019-cu il tarixdən 2019-2020-ci tədris ilinin sonunadək müddətli əmək müqaviləsi bağlanılmışdır.
Əvvəla,sizin vəzifənizə hörmətlə yanaşır,bəyan edirəm ki,Cənab Prezidentə ünvanladığımız müraciətimizdəki məqsəd və məramımızla uyuşmayan,bayağı,bir qədər də məqsəddənuzaq cavabınız bizdə təəssüf hissi yaradır.Əcəba,biz bilmirik ki,bizimlə müddətli müqavilələr nə zaman bağlanmışdır?!Bunun mətləbə, dəxli yoxdur.
İkincisi,avqust 2019-cu il “çaxnaşma”sı zamanı 65 yaş həddini keçmiş guya “işləməyəcək" 65 yaş həddini keçənlər arasında bizim də adımız hallanmışdı.Sizin məslək dostunuz,arxa,dayağı olduğunuz Lənkəran Rayon TƏHSİL Şöbəsinin Müdiri Aslan İbrahimovun “dəvət”ini biz də almışdıq.İnsafən deməliyik ki,sizin "köməkliyiniz" və “6 saat ona bu illik dərs veriniz,axırıncı il işləməsini də ona bildiriniz”sifarişinizlə işimə davam edəsi oldum.Amma 6 saata yox,12 saata.Sentyabr,oktyabr aylarını işləmiş,əmək haqqımı da almışam.Axı sentyabr ayında yazılmış tarifikasiyaya görə bizim bir illik alacağımız büdcə təsdiq edilmişdi.Bəs işləmək haqqım vardırsa,bir ay yarımdan sonra –noyabr ayının 1-dən necə olur ki,işdən azad olur,dekabr ayının 1-dən isə yenidən işimə bərpa olunuram?!Dekabr aiının 1-dən əmək müqaviləsi bağlanılıbsa,"Məşədi İbad"dakı söz olmasın,bəs mənim iki ayım hara getdi?!Həmin ayların müqaviləyə daxil olmamasının,dərslərimin iki aydan sonra 12 saatdan 6 saata endirilməsinin arxasında dayanan nədir?! Müqavilə imzalayanlar bu qədər təmiz,şəffaf adamlardırsa,onu 15 sentyabrdan nə üçün bağlamayıblar,biz ki bir ay yarım əmək haqqı almışıq?! Bunun arxasında “gizlənən”nədir?!Cavab çox aydın və realdır. Qoy oxucular,ən ümdəsi isə siz cavab tapınız.
Heç şübhə yoxdur ki,Azərbaycan Təhsil Nazirliyində haqqı,ədaləti müdafiə edən insanlar var.Məsələyə obyektiv qiymət verən həmin yoldaşlara təşəkkürümü bildirirəm.Sizə gəlincə isə, hörmətli Eşqi müəllim, biz sizin yaşınız,bir də yaşınızın yarısı qədər gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmuş,bu illər ərzində bir müəllim kimi şərəfli bir yol keçmiş,ölkə rəhbərliyi,digər rəhbərlik , Təhsil Nazirliyi,şəxsən Prezidentimiz Cənab İlham Əliyev tərəfindən laiq olduğumuz qiyməti almışıq.Buna görə də sizə yox,Cənab Prezidentimizə minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.
Hörmətli Eşqi müəllim,yaşımın bu çağında belə yazılar yazmağıma məcburəm. Məni bu xoşagəlməz işə təhrik edənlər var,günahkar onlardır.inanmıram,demirəm ki,onlar arasında siz də varsınız.Növbəti tədris ili üçün bizə “barmaq silkələməyiniz”ə gəlincə bircə onu deyə bilərəm ki,insanın bu gündən sabaha çıxmasını ALLAHdan başqa kimsə bilə bilməz.Amma əmin ola bilərsiniz ki,QANUN ŞAHDIR,ŞAH QANUN DEYİL.Bu günə kimi bizim arxamızda dayanan,əməyimizə dəyər verən Dövlət,ona rəhbərlik edən,bütün vətəndaşlarının qarantı olan Cənab Prezident İlham Əliyevdirsə,o,həmişə bizi müdafiə edəcək,arxa,dayağımız olacaq.Hər şey qismətdən asılıdır.Çox istərdim ki, Prezident Aparatındamı,Nazirlər Kobinetində,Təhsil Nazirliyindəmi bir dəfə teta-tet görüşək. Buna çalışacağıq.
Əlavə olaraq bildirirəm ki,bu gün Cənab Prezindentin gənc kadrlara xüsusi qayğısı ,onların irəli çəkilməsi hamımıza məlumdur. Amma unutmamalıyıq ki,Cənab Prezident İlham Əliyevin məqsəd və məramına kölgə salan sizin kimi gənclərə yer yoxdur.
Müraciətimin sonunda isə, Eşqi müəllim, sizə Vətən eşqi, insana, insanlığa, düzlük və saflığa məhəbbət eşqi arzulayıram. Eşqi müəllim,sizə belə bir eşqi arzulayıram.

Rövşən Əhəd oğlu Ağayev
Azərbaycan Respublikasının Əməkdar Müəllimi

Daxil olundu: 22.01.2020 » Oxundu: 1488
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!