Azərbaycanla sərhəddə baş verən hərbi toqquşmalar nəticəsində Ermənistan ordusunun 10 hərbçisi yaralanıb.

Bu barədə "Sputnik Armeniya" məlumat yayıb.

Bildirilir ki, 10 yaralı Ermənistanın Göyçə vilayətinin Martuni şəhərinin tibb məntəqəsinə yerləşdirilib. Yaralılardan dördünün vəziyyəti ağır olduğu üçün İrəvana göndərilib.

Buna qədər Ermənistan Müdafiə Nazirliyi son toqquşmada ölənlər və yaralananların olmasını rəsmən təsdiqləyib.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Daxil olundu: 13.09.2022 » Oxundu: 524
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!