Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi, Xalq şairi Fikrət Qocanın dəfn ediləcəyi yer məlum olub.

AYB-nin Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza “Report”a bildirib ki, mərhum I Fəxri xiyabanda torpağa tapşırılacaq.

“Xalq şairinin nəşi təxminən saat 15:00-16:00-da evindən götürüləcək”, - o deyib.

X.Rzanın sözlərinə görə, pandemiya şəraitinə görə mərhumla vida mərasimi keçirilməyəcək.

F.Qoca bu gün səhər saatlarında uzun sürən xəstəlikdən dünyasını dəyişib.

 

Daxil olundu: 05.05.2021 » Oxundu: 179
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!